![]() |
|
Əhalinin orta hesabla 70 faizi COVİD-19-a qarşı peyvəndin ikinci dozasını vurdurduqdan sonra uğurlu vaksinasiya prosesi haqqında nəsə deyə bilərik.
Bunu Trend-ə həkim-infeksionist Vüsalə Nursoy deyib.
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da peyvənd əleyhinə fikirlər geniş yayılıb:
"Biz hətta valideynlərin də uşaqlarını rutin peyvəndlərdən necə yayındırdığını görürük. Bu məsələdə sosial şəbəkənin də rolu var. Ümid edirəm ki, biz vaksinlərin ölümcül viruslardan qoruduğunun fərqinə vararıq".
V.Nursoy hazırkı zamanda əhalinin peyvəndləmə prosesində aktiv iştirakını da olduqca vacib sayıb.
O, xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin vurdurmasını zəruri hesab edir:
"Əhali vaksinasiyada nə qədər aktiv iştirak etsə, biz bu bəladan bir o qədər sürətlə qurtula bilərik. Bəzi insanlar deyirlər ki, bu xəstəliyim var, ona görə də vaksin vurdurmayım. Amma xroniki xəstəliyi olanlar daha çox risk qrupuna daxildirlər və onlar COVİD-19-a yoluxarlarsa, xəstəliyi daha ağır keçirə bilərlər. Bu səbəbdən onların vaksin vurdurması çox vacibdir".
Koronavirusa qarşı vaksin insanları bir çox risklərdən, xüsusilə də COVID-19-un öldürücülük riskindən sığortalayır. Bu, o deməkdir ki, vaksinin hər iki dozasını vurduran şəxs artıq cəmiyyət üçün o qədər də təhlükəli hesab olunmur. Bunu nəzərə alan həkim-ekspertlər deyirlər ki, vaksin vurdurmuş şəxs əslində sərt karantin rejimində tətbiq olunan məhdudiyyətlərdən kənar tutula bilər.
Xəzər TV xəbər verir ki, vaksinləşmə prosesini tam keçmiş şəxslərə sərt karantin rejimi dönəmində müəyyən güzəştlər edilə bilər.
Terapevt Nahid Məhərrəmov deyir ki, ölkəmizdə vaksinin tətbiqi hər birimizi koronavirus bəlasından, xüsusilə də onun öldürücü təsirindən qorumaq məqsədi daşıyır. Peyvəndin hər iki dozasını vurduran istənilən şəxs virusa qarşı immunitetli hesab olunur. Bu da sərtləşdirilmiş xüsusi karantin rejimində həmin şəxslərə güzətlərin tətbiqinə imkan verir.
Koronavirusa yoluxub, sağalanlara gəlincə isə həkim Nahid Məhərrəmov deyir ki, bir insan virusu keçiribsə, onda qoruma qabiliyyəti varsa , bu insanlar bir müddət bəzən iki aydan altı aya qədər virusa təkrar yoluxa bilərlər. Amma peyvənd olduğu təqdirdə ümumiyyətlə heç bir riskləri qalmır.
Qeyd edək ki, hazırda 40 yaş və daha yuxarı yaşda olan şəxslərin COVID-19-a qarşı vaksinasiyası aparılır.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Son günlər yoluxanların və ölənlərin sayının artması yenidən karantin rejimində sərtləşmələrin olacağı ehtimalını ortaya çıxarır. Hətta sərtləşmə ilə yanaşı insanların ünsiyyətini minumuma endirmək üçün ictimai nəqliyyatın 2 həftə işləməyəcəyi də söylənilir. Azərbaycanda 2 həftə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilərmi?
Bununla bağlı sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı bu gün konkret fikir səsləndirmək düzgün olmaz: "Operativ Qərargah tərəfindən araşdırılır. Əgər ehtiyac yaranarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək. Ona görə də indidən fikir bildirmək düzgün deyil. Hələ ki, biz müvafiq qərarları gözləməliyik. Bu barədə konkret olaraq Operativ Qərargahın mövqeyi vacibdr. Amma reallıq odur ki, yoluxanların və ölənlərin sayı artmaqdadır. Bu ciddi narahatlıq doğurur. Vətəndaşlar çalışmalıdır ki, gigiyenik və karantin qaydalarına tam əməl etsinlər ki, biz bu prosesdən uğurla çıxa bilək. Burada dövlət öz üzərində düşən vəzifəni uğurla həyata yetirir. İnsanlarımız da qaydalara əməl edərək görülən işlərə dəstək olmalıdır. İctimai nəqliyyatın 2 həftə işləyib-işləməsi barəsində qərar Operativ Qərargah tərəfindən veriləcək. Ona görə də biz səlahiyyətli dövlət qurumlarının qərarlarını gözləməliyik".
"Ölkə.Az" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı Modern.az-ın suallarını cavablandırıb.
- Nəzərə alsaq ki, son günlər Azərbaycanda yoluxma sayında artım yüksələn xətt üzrə davam edir, siz həkim olaraq, vəziyyəti necə dəyərləndirirsiniz?
- Bir mütəxəssis olaraq düşünürəm ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Rəqəmlərin yüksək olmasının səbəbi əhalinin bəzi hissəsinin hələ də bu virusu qəbul etməməsidir. Belə ki, insanların çoxu özlərində hiss etdikləri simptomları soyuqdəymə, mövsümi xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır. Həkim və xəstəxanalara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir.
Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diaqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur.
- Xüsusilə bayram günlərində vətəndaşların evdə olduğu, ictimai nəqliyyatın işləmədiyi, vaksinasiyanın tam sürətlə getdiyi bir vaxtda yoluxmadakı artım nəylə bağlıdır?
- Baxmayaraq ki, bayramda insanlar evdə idi, ictimai nəqliyyatdan istifadə olunmurdu, amma rayonlara kütləvi axın müşahidə edilirdi. Hətta kütləvi toplanmalar, gizli və aşkar şəkildə məclislərin təşkili virusun yayılmasında çox böyük rol oynadı. Vaksinasiya hər nə qədər sürətlə getsə də, əhalinin peyvənd olunmalı hissəsinin 50 faizi vaksini qəbul etməyib. Vaksinasiya ən azı əhalinin 50-60 faizinə tətbiq edilməlidir ki, yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun.
- Artım tempinə "Britaniya ştammı"nın təsiri varmı?
- "Britaniya ştammı" digərlərindən fərqli olaraq daha sürətlə yayılır. Dəfələrlə dediyimiz kimi, yoluxduruculuğu daha yüksəkdir. Bu ştamm üzərindən ciddi araşdırma aparılarsa, o halda dəqiq məlumat demək mümkündür ki, artan xəstəlik "Britaniya ştammı" hesabınadır, yoxsa digər ştamlar hesabına.
- Bayramdan sonra iş yerlərində fəaliyyət, məktəblərdə əyani tədris bərpa olunub. İctimai nəqliyyatda sıxlıq yox, xaos yaşanır. Əksəriyyət isə hələ də vətəndaşları məsuliyyətsizlikdə günahlandırır. Qarşıdakı günlərdə artım istisna edilmir. Artım bu cür davam edərsə, çıxış yolunu nədə görürsünüz, qapanma, yoxsa vaksinləşmənin daha da sürətlənməsində?
- Daxil olan müraciətlərdən bəlli olur ki, qarşıdakı iki həftə ərzində yoluxma sürətlə artacaq. İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir. Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir.
Reanimasiyalara tələbatın çoxalması reanimatoloqlar və tibb bacılarının sayına tələbin artması deməkdir. Müəyyən bir həddən sonra buna qarşılıq vermək səhiyyə üçün çətinləşir. Bu tək Azərbaycan deyil, bütün dünya üçün belədir. Və bu təhlükə qarşısında qalanda, çıxış yolu kontaktların, görüşlərin, toplanmaların bir şəkildə məhdudlaşdırılmasına qalır. O hansı yolla məhdudlaşdırılacaq, buna Nazirlər Kabineti yanında operativ qərargah qərar verəcək.
Məsuliyyət məsələsinə qaldıqda, vətəndaşların maska ilə bağlı məsuliyyətində kifayət qədər artım var. Yəni maska qaydasına riayət etməyə çalışırlar. Bir maskadan bir neçə gün istifadə etsələr də, maskanı düzgün geyinib-soyunmasalar da, maska ilə dolaşırlar. Ancaq tək maska bu xəstəlikdən qorunmaq üçün yetərli deyil. Əllər mütləq şəkildə təmizlənməli, gigiyenaya riayət olunmalıdır. Hətta təmiz əllə belə üzə, gözə toxunmamağa çalışılmalıdır. Sosial məsafə gözlənilməlidir. Açıq məkanda hətta sağlam şəxslərlə belə 1 metr, qapalı məkanlarda 1.5 metr məsafə saxlanmalıdır. Mütləq şəkildə peyvənd vurdurulmalıdır. Qapalı məkanda, xüsusilə iş yerlərində otağın havası tez-tez dəyişilməlidir. Qeyd olunan qaydaların hamısına birlikdə riayət edildikdə, yoluxma sayı azalacaq. Əks halda yoluxma davam edəcək.
Bölgələrdə müəllim və şagirdlər arasında koronavirusa yoluxma faktları qeydə alınır, bəzi məktəblər distant təhsilə keçib.
Qazaxda 6 orta məktəb karonavirusa görə 2 həftəlik bağlanıb, müəllimlər ilə yanaşı şagirdlər arasında da virusa yoluxanlar var.
Bağlanan məktəblər: İsmayıl Şıxlı adına orta məktəb, Canalı kənd orta məktəbi, Şəhər S.Əfəndiyev adına Qazax şəhəri 1 saylı tam orta məktəb, 5 saylı məktəb, Daş Salahlı 1 və 2 saylı tam orta məktəb.
Qazax rayonunun Aslanbəyli kənd məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov isə COVID-19 virusundan vəfat edib.
Peyvənd olunduqdan sonra xəstəliyə tutulmaram deyib, qapalı məkanlara maskasız getməyin. Vaksinasiyadan sonra da eyni qayda ilə qorunmaq, qapalı məkanlara tibbi maska ilə getmək lazımdır.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, peyvənd olunmaq "xəstəliyə tutulmayacağam" demək deyil. İnsan bu halda xəstəliyi yalnız yüngül və asimptomatik formada keçirir.
Mütəxəssis əlavə edib ki, son zamanlar xəstəliyin daha ağır formada keçirilməsi hallarına da rast gəlinir.
Bunu insanların kortəbii qaydada müalicə olunması ilə izah edən Y.Abdiyeva erkən diaqnostikanın qoyulmasını çox vacib sayıb:
"Ağır xəstələrin sayının çoxalmasının əsas səbəbi evdə aparılan qeyri-düzgün, kortəbii müalicədir. Bir az soyuqlamışam deyərək, həkimə gec müraciət etmək, rezerv antibiotiklərlə immun sistemini zəiflətmək və s. - bunlar hamısı xəstəliyin ağır keçməsinə səbəb olur. Lakin erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər tədbirlərə müvəqqəti getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun!"
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı sıxlığa dair vəziyyəti açıqlayıb.
BNA-dan verilən xəbərə görə, hazırda Qara Qarayev prospekti -“Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi - Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti - şəhər istiqamətində, Yusif Səfərov küçəsi- Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti - mərkəz istiqamətində, Sabunçu-şəhər yolu, mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.
Bu sözləri azerforum.com-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: "İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının birtərəfli sərtləşdirilməsi fayda vermir.
Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeksiya etmək və məsafə saxlamaq) gözləməklə vəziyyəti stabil saxlamalıyıq.
Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin.
Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da keçirilir, restoranlar da dolur, kifayət qədər oynayanlar da var. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yoluxma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir".
Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
"Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir", - Nazirlikdən qeyd edilib.