![]() |
|
Azərbaycanda martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 5-8, gündüz 12-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, martın 28-də 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib. Yoluxmaların sayının kəskin artması yenidən "sms icazə" sisteminin və "evdə qal" karantin rejiminin bərpa edilməsinə səbəb ola bilərmi?
Bununla bağlı sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, son günlər ölüm hallarının çox olması reanimasiyada olan xəstələrin sayının da artması əlaqədardır:
"Çünki Britaniya ştammına da yoluxanlar var. Reanimasiyada olan xəstələrin də sayı artmaqdadır. Hansı sərtləşmələrin olması Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Çünki karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Yoluxma və ölüm sayının artması bu dinamika ilə davam edərsə "evdə qal" karantini və "sms icazə" sisteminin geri qayıtması qaçılmaz olacaq. Bu gün və ya bu həftə ərzində "sms icazə" sisteminin yenidən tətbiq edilməsi ilə bağlı qərar qəbul edilə bilər".
“Son günlər ev şəraitində baxdığım COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar. Xəstələrə deyirlər ki, biz hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar hamısını bilirik. Biz ağır xəstələri dirildirik, sizdə nə var ki? Xəstələr də inanıb canlarını tibb bacılarına etibar edirlər”.
Oxu.az xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə məlumat verib.
O bildirib ki, xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın COVID-19 infeksiyası elə belə olur:
“Ehtiyac olmadığı halda vena daxili infuziyalar (sistemlər) yeridilir. “Mənə sistem vur, bədənim yuyulsun” ifadəsi yaranıb. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar.
Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlara - Kalsium qlükonat, essensiale, riboksin, aktovegin daxildir. Bu dərmanları yəqin həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.
COVID-19 infeksiyasında laxtalanma artdığı halda xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin, o dünyaya daha tez getsin. Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə essensiale vurulur? O qədər müasir hepatoprotektorlar var.
Ya da elmi cəhətdən heç bir effekti olmadığı sübuta yetirilən aktovegin preparatı. Digər bir məsələ isə insan aptekə gedərək evdə COVID-19 xəstəsi olduğunu deyir və ona hansı dərmanların lazımlı olduğunu soruşur və alır. Aptek işçisi də yığır bahalı dərmanlardan iki çanta deyir “buyurun, vurun, düzələcək”. Xəstə yaxını bütün bunları etdikdən sonra görür ki, xəstəsi ağırlaşıb, boğulur, onda yadına düşür ki, həkimə müraciət etmək lazımdır.
Həkim də gəlir görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb, xəstəxanaya getməlidir. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçmiş olur. Sonra da xəstə yaxınları deyirlər ki, “xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür”. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirirlər. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var”.
"Ölkə.Az"-ın sözgedən kənddə olan əməkdaşının çəkdiyi görüntülərdən aydın olur ki, tarixi tikili uzun müddətdir təmirsiz qalıb.
Mülkün sahibi Əsədulla Musayev bildirib ki, məcburiyyətdən turistləri əraziyə buraxmır:
"Turistlər Astaraya gələndə ilk bşa çəkdikləri yerlərdə biri bu ləm olur. Amma son vaxtlar turistlərə icazə vermirəm. Çünki sonra bu xətadan qurtarmaq olmaz. Yaya aylarından Astaraya gələn turistlərin ilk gələcəyi yerləri buradır".
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilər.
Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni ara məsafəsiz (probelsiz) daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən orta məktəb koronavirus səbəbindən bağlanıb.
Baku.ws xəbər verir ki, R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçir.
Bakı Şəhər Təhsil İdarəsindən R.Pirnəzərov 299 məktəb lisey-ə fakt təsdiqlənib.
Bildirilib ki, məktəb 14 günlük distant təhsilə keçib.
"Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır".
Bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: "İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının birtərəfli sərtləşdirilməsi fayda vermir.
Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeksiya etmək və məsafə saxlamaq) gözləməklə vəziyyəti stabil saxlamalıyıq.
Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin.
Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da keçirilir, restoranlar da dolur, kifayət qədər oynayanlar da var. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yoluxma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir".
Bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.
"Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək", - Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Azərbaycanda tanınmış hüquqşünas Nicat Gözəlov vəfat edib.
“Report” məlumatına görə, N. Gözəlov 55 yaşında yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, N.Gözəlov 20 ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alırdı.
Allah rəhmət eləsin!