![]() |
|
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİN-dən verilən məlumata görə, idarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib.
Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.
Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən dörd ədəd xüsusi qablaşdırılmış ümumi çəkisi yeddi kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.
İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-dən verilən məlumata görə, idarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib.
Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.
Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub. Onun əlindəki bağlamaya baxış keçirilərkən dörd ədəd xüsusi qablaşdırılmış ümumi çəkisi yeddi kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.
İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov yol polisinin sürücüdən rüşvət alması barədə yayılan iddialarla bağlı açıqlama verib.
Onun sözlərinə görə, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aiddiyəti qurumlar tərəfindən araşdırılıb:
“İddia öz təsdiqini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. E.Ələsgərov qaiməni polis əməkdaşına təqdim edərək daşıdığı yükün çəkisinin standartlara uyğun olduğu bildirib”.
“Sürücüyə bir daha izah edilərək yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib”, - deyə o əlavə edib.
***
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının sürücüdən rüşvət alması iddia edilib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Yayımlanan videonu şərh edən şəxs polis əməkdaşının “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət aldığını deyir.
Görüntüləri çəkən şəxslər videonu Şəmkir rayonu ərazisində yerləşən DYP postunda lentə alındıqlarını bildiriblər.
Ələsgərov Eşqin adlı sürücü isə bildirib ki, Daşkəsən rayonundan Qazax rayonuna yük aparan zaman Şəmkir rayonu ərazisində yerləşən DYP postunda saxlanılıb:
“Artıq yük apardığım üçün cərimə yazıblar. Heç bir pul verməmişəm”.
"Ölkə.Az" xəbər verir ki, Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, yol polisinin sürücüdən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Aparılan araşdırma nəticəsində polisin “KamAz” markalı yük avtomobilinin sürücüsündən pul alması faktı təsdiqini tapmayıb. Nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğuna görə posta dəvət olunub, onun barəsində inzibati protokol tərtib olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib”.
Dünya bir ildən çoxdur, gözəgörünməz düşmənlə mübarizə aparır. Pandemiya ərzində 2,7 milyon insanın həyatına son qoyan koronavirusla mübarizədə ən vacib silah peyvənddir. Ancaq dünya bu mövzuda birləşə bilmir. Peyvəndin təchizatı məsələsindəki bərabərsizlik ziddiyyətlərə səbəb olub. Azərbaycan haqsızlığa məruz qalan ölkələrdən biridir.
Azərbaycan peyvənd təminatı ilə məşğul olan beynəlxalq COVAX proqramının üzvü olan ilk ölkələrdən biridir. Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb.
COVAX təşəbbüsü çərçivəsində, “Biontech/Pfizer” peyvəndinin ilk partiyası Cənubi Qafqaz regionunda Gürcüstana çatdırılıb. Ölkə martın 13-də “AstraZeneca” peyvəndini alıb. Ancaq bu peyvəndlərin bir dozası belə, hələ Azərbaycana göndərilməyib.
“Report”un məlumatına görə, “Haber Global” bunun səbəblərini araşdırıb.
Belə ki, “Haber Global” “Pfizer”dən peyvəndin Azərbaycana nə vaxt tədarük ediləcəyini soruşub. Şirkətin nümayəndəsi bunları deyib: "Peyvəndin ədalətli və bərabər səviyyədə əldə olunmasını təmin etmək üçün dünyadakı hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hal-hazırda elan edəcəyimiz heç bir şey yoxdur".
İlham Əliyev: Peyvəndi nə vaxt alacağımızı belə demirlər
Azərbaycan Prezidenti İlham Əliyev "Biz “AstraZeneca” peyvəndini çoxdan almalıydıq. Ala bilmədik. Bir neçə aydır ala bilmədik. COVAX-ın təşəbbüsü ilə “Pfizer” və “Moderna” peyvəndlərini ala bilmədik. Onları nə vaxt alacağımızı belə söyləmirlər", - deyə bildirib.
Azərbaycan pandemiya ilə mübarizədə ön sıradadır. Pandemiya dövründə 30 ölkəyə humanitar dəstək verib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının koronavirusla mübarizə üzrə sammiti keçirilib. İlham Əliyev bütün çıxışlarında peyvənd bölgüsündə haqsızlığa xüsusi diqqət çəkib.
"İnkişaf etmiş ölkələrin sakinləri dünya əhalisinin 14/100 faizini təşkil edir. Ancaq bu ölkələr dünyadakı peyvəndlərin 53/100 faizini sifariş etdilər. Yəni hələ də ədalətsizlik var, bərabərsizlik var. Varlı ölkələr “Moderna” peyvəndinin 98/100 faizini sifariş etdilər. “Pfizer” Avropa istehsalı olan peyvənddir. Zəngin ölkələr “Pfizer” peyvəndinin 96/100 faizini sifariş etdi. Bəs yoxsul ölkələrin vətəndaşları nə etməlidir?", - deyə Azərbaycan Prezidenti dünyaya səslənib.
Təchizat tarixi qeyri-müəyyəndir
COVAX-dan verilən son məlumata görə, peyvənd Azərbaycana vəd edilmiş dozadan az miqdarda çatdırıla bilər. Lakin tədarük tarixi qeyri-müəyyəndir.
Bütün haqsızlıqlara baxmayaraq, Azərbaycan tərəfindən vaxtında görülən tədbirlər sayəsində ölkədə peyvənd problemi yaranmadı. Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndi ölkədə yarım milyon insana vurulub. Hazırda peyvənd yaşı 40 və daha çox olanlara vurulur.
Prezident Əliyev "Xoşbəxtlikdən çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim də peyvənd almaq imkanımız var", - deyərək bu məsələyə diqqət çəkib.
Hər ölkə təhlükəsiz olmadıqca heç kim təhlükəsiz olmayacaq
Koronavirus bütün dünya üçün təhlükə yaratmaqda davam edir. Bütün ölkələr təhlükəsiz olmadıqca heç bir ölkə təhlükəsiz olmayacaq. Virusa qarşı ən effektiv silah peyvənddir. Ancaq peyvəndin bölgüsü ədalətsizdir. Varlı ölkələr peyvəndlə təmin olunduqları halda bəzi yoxsul ölkələr hətta bir doza peyvənd ala bilməyib.
Peyvənd bölgüsündə bərabərsizlik o həddə çatıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud vəziyyəti qara yumorla müqayisə edib. Çünki bəzi ölkələr yoxsul ölkələrə peyvənd vermək üçün yaradılan COVAX Yardım Proqramından pulsuz doza almaq üçün sıraya düzülüblər.
Dünyada təxminən 500 milyon doza peyvənd hazırlanıb. Bunların 3/4-ü yalnız 5 ölkədə istifadə edilib.
Peyvənd “müharibələri” sadəcə zəngin və yoxsul ölkələr arasında baş vermir. Avropa Birliyi (AB) və İngiltərə “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndləri paylaşa bilməzlər.
Peyvəndin paylanılmasında ədalətsizlik AB-nin 27 ölkəsi üçün də problemə çevrilib. Vaksinlərin əhalinin sayı üzrə paylanılması prinsipi tətbiq olunmur.
Daxili İşlər Nazirliyi tərəfindən Dini Qurumlara İş üzrə Dövlət Komitəsi cərimələnib.
“Qafqazinfo” xəbər verir ki, Komitəyə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı Dini Komitəyə rəsmi sorğu göndərib.
Lakin Komitə polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən DQİDK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.
Protokolla bağlı qərar verilməsi üçün Səbail rayon məhkəməsinə müraciət edilib. İşə aprelin 8-də baxılacaq.
Rusiyada təhsil alan azərbaycanlı tələbələr bu ölkəyə qayıda bilərlər.
Milli.az bildirir ki, bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyi qərar verib.
Nazirlik Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin ("Rospotrebnadzor") epidemioloji vəziyyətin təhlükəsiz hesab etdiyi ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrin təhsillərini davam etdirmək üçün Rusiyaya qayıtmasına icazə verib.
"Rospotrebnadzor"un epidemioloji cəhətdən müsbət hesab etdiyi 25 ölkənin siyahısında Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan və digər dövlətlər də var.
Əcnəbi tələbələr Rusiyaya gəlməmişdən 10 gün əvvəl ali təhsil ocağını xəbərdar etməli, habelə yola çıxmazdan 3 gün əvvəl COVID-19 testi verməlidirlər. Rusiyaya gəldikdən sonra tələbələr 72 saat ərzində təkrar yoxlanışdan keçməlidirlər.
“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib”.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”, - məlumatda bildirilib.
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artıb. Belə ki, sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 24 nəfər isə vəfat edib.
Bu baxımdan yenidən qapanmalarla bağlı söz-söhbətlər dolaşır. Kəskin artıma görə, qapanmanın tərəfdarı olanlar da var, buna ehtiyac olmadığını düşünənlər də..
Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev qapanmanın tərəfdarı olmadığını bildirib. O vurğulayıb ki, hazırda pandemiya ilə bağlı sosial vəziyyət çətindir:
"Yaxşı olardı ki, yeni xəstələrin əhvalının yüngül və ya ağır olduğunu bilək. Mənə belə gəlir ki, xəstəliyin ağır keçməsi zəifləməlidir. Amma heç cür qapanmaya getmək olmaz”.
Deputat qeyd edib ki, ölkəmizi, vətəndaşlarımızı və iqtisadiyyatı düşünməliyik: "İş yerlərini bağlamaq olmaz”.
Tanınmış həkim Vaqif Qarayevin sözlərinə görə isə, gedişat göstərir ki, qorunmaq lazımdır:
"Avtobuslardakı vəziyyət məlumdur. Düzəlməsi də mümkünsüz görünür. Peyvənddən sonra da təkrar yoluxmalar var. Ad günləri, bayramlar, qara bayramlar, yas məclisləri, nişan -toy məclisləri keçirdirik, müxtəlif məqsədlərlə toplaşırıq. Nəticə? Təkrar yoluxma! Gedişat göstərir ki, hələ qorunmalıyıq”.
Deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gələn Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Xatırladaq ki, 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva “Qafqazinfo”ya müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub.
Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub.
S.Əliyeva 2015-2020-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub.
Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.
Bildirilir ki, martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.