![]() |
|
Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi azalır. Bu daha çox çayın aşağı axınında, Salyan rayonundan keçən hissəsində müşahidə olunur.
Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Bu da sakinləri ciddi narahat edir.
Təkcə son 20 gündə çayda suyun səviyyəsi iki metrdən çox aşağı düşüb. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır.
Mütəxəssislərin fikrincə, Kür çayında bundan sonra da azalmalar müşahidə olunarsa, yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər.
Ətraflı Baku TV-nin süjetinində:
"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq".
Modern.az bildirir ki, bu barədə Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb:
"Novruz çərşənbələrində "Qara bayram"la əlaqədar qəbir üstünə gedənlər, ölənləri ziyarət edənlər çox oldu. Bu il Vətən Müharibəsində şəhid olan hərbçilərimizin məzarlarına kütləvi ziyarətlər də oldu. Ona görə, bu kimi kütləvi tədbirlər virusa yoluxmanın artmasına səbəb oldu. Bu bizi çox narahat edən məsələdir. Artıq gündəlik yoluxma 1500-ə çatır. Məsuliyyət hissimiz artmalıdır. Rayonlara gediş-gəlişin saxlanması o demək deyil ki, maska taxmayaq, məsafəni gözləməyək, vaksinasiya olunmayaq. Arzulamarıq ki, sərt karantin geri qayıtsın. Lakin bu templə yoluxma artsa, hökumət ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. İndi yeni - "Britaniya ştammı" da aşkarlanıb. Qoruyucu tədbirləri gücləndirməli, məsuliyyətli olmalıyıq. Kütləvi toplaşmadan qaçmalı, vaksinasiyaya qoşulmalıyıq.
Füzuli rayonunun Arış kəndindən videogörüntülər yayılıb.
Görüntülər Müdafiə Nazirliyi tərəfindən paylaşıb.
Sözügedən videonu təqdim edirik:
Mutasiyaya uğrayaraq dünyanı sanki yenidən cənginə alan və qarşısı alınmayan Covid 19 virusu insanlıq üçün hələ də təhdid olaraq qalır.
Bəs nə qədər qorunsa da, maska taxsaq da virus hardan və necə insanları tapır və orqanizmə daxil olur?
Medicina.az xəbər verir ki, türk uzmanlar virusu daha çox simptomsuz xəstələrin və uşaqların yaydığını bildirir.
Öskürək, asqırmaq, burun axma, qızdırma təəssüf ki, bütün xəstələrdə olmur və inkubasiya dövründə özünü biruzə vermir.
İnsanlar qarşısında xəstə insan görmədən də yoluxa bilir. Çünki onları yoluxduran tamam sağlam görünən iş yoldaşı, rəfiqəsi, ailə üzvü, dostu, tanışı, qonşusu olur.
Virusa yoluxan insan azı 5-7 gün bunu hiss etmir və adi həyat tərzinə davam edir, hər kəslə sıx –sıx görüşür.
Bu adamın qapalı məkanda- ofis, ev, otaq, restoran, maşında maskasız olması və əlini sağlam adama toxundurması kifayətdir ki, virus zərrəciyini ötürsün.
İnsanlar virusa ən çox harda rastlaşa bilir:
- Qapalı məkanlarda – qatar, nəqliyyat, taksi, maşın, təyyarənin içi, restoran, iş yeri
- Yoluxmalar üzrə ikinci yerdə və ən təhlükəli yer - liftlərdir. Liftdə virus zərrəcikləri hər yerdədir. Orda 5 dəqiqədən artıq, xüsusilə maskasız qalmaq kifayətdir ki, virus buruna keçsin. Liftə hər an insanlar daxil olur və orda tənəffüs qapalı şəraitdə baş verir, insanlar əllərini qapıya, duymələrə vurur. Ona görə də pandemiya vaxtı özünü düşünən insan liftdən uzaq olmalıdır.
- Xarici ölkələrdə və səfərlərdən gətirir – xarici ölkədən qayıdan insan 14 gün evdən çıxmamalı, işə getməməli, təcrid olunub, bu müddəti atlatmalıdır. Pandemiyanın əvvəlində sərhədi keçən hər kəs karantinə alınırdı, lakin indi bu qanun unuduldu. Ciddi təhlükə də elə burdan başlayır. Test olunması belə riski azaltmır. Çünki virus özünü sonradan göstərir və ya testlər bəzən yanlış olaraq neqativ göstərə bilər.
- Bir yerə təmas etdikdən, toxunduqdan sonrakı 10 dəqiqə ərzində əlləri yumamaq virusa yoluxma riskini artırır
Çünki virus zərrəciklərinin kimdə olduğunu və hansı səthdə nə qədər qaldığını bilə bilməzsiz
- Əlini ağız, burun, gözlərinə toxunduranlar və bunu vərdiş edənlər
- Xəstə insanla 15 dəqiqədən artıq eyni yerdə, 1,5 metr ara məsafəsi olmadan bir ortamda olmaq yoluxdurur
- Müxtəlif xəstələrin üz tutduğu poliklinika, təcili yardım şöbələri, xəstəxanalara və müxtəlif tibbi prosedurlara getmək yoluxmanı artırır. Belə yerlərə ciddi səbəb olmayana qədər getməyin
- Karantində olan insanların evinə daxil olmamalı. Onlara qapı arxasından yardım etməli, ərzaq verməli
- Çox insan olan marketlər, ticarət mərkəzləri, tədbirlər
- Çiy, yarı bişmiş, küçədə bişmiş qidaları yemək risklidir
- Mobil telefon, noutbuk, cihazlar – başqasının texnikasına toxunmaq, istifadə etmək. Bunlar mütləq dezinfeksiya edilməlidir
- İş yerində havalandırma aparılmalı, dezinfeksiyaya ciddi əməl olunmalıdır. Bunlar düzgün olunmursa, heç olmasa pəncərə açıq saxlanmalıdır
- Yeməkxana, klub, kitabxana kimi yerlərdə çox qalmaq olmaz
- Gün ərzində tibbi maska hər 2 saatdan bir yenilənməlidir. Maskanın xarici səthinə əl vurub sonra o əllə yemək yemək, iş görmək olmaz
- Bağça, məktəbdə uşaq çox olan yerlərdən uzaq durmalı
- Məktəblilərin evə gəldikdən sonra geyimləri havalandırılmalı, ayaqqabıları çöldə saxlanmalı
- Nişan, ad günü, yas məclisi kimi yerlərə qəti getmək olmaz. Yoluxmaların 20%-i belə yerlərdə olur
- Taksi və avtobusda mütləq hər kəs maskada olmalı, üzü bir birinə dayanmaq olmaz, pəncərələr açıq olmalıdır. Tutacaqlardan antibakterial salfetlə tutmalı, sonra salfet atılmalı, əllər isti su sabunla yuyulmalıdır
- İstər qohum, istər qonşu, dost-tanış evlərində toplanmaqdan, qonaq getməkdən çəkinməli
- Virusu yayan bir səbəb də yoluxan insanın bunu gizlətməsidir. Çünki virus aşkarlanan hər bir insan bunu dərhal ünsiyyətdə olduğu və son 5 gün ərzində getdiyi yerlərdəki adamlara birinci deməlidir ki, onlar da tədbir görsünlər.
Həmin görüntüləri təqdim edirik:
Peyvənd dövlət poliklinikalarında pulsuz oldu halda baha qiymətə özəl tibb müəssisələrini seçənlər kifayət qədərdir.
Özəl tibb müəssisələrinə üz tutan valideynlərin bu seçimi doğrudurmu? AZTV-nin əməkdaşları bu suala cavab tapmağa çalışıb.
Bu barədə AZAL-dan bildirilib.
“Şuşa şəhərinin adını daşıyan "Boeing 787 Dreamliner" təyyarəmiz ilə xüsusi qürur duyuruq”, - QSC-dən qeyd olunub.
Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:
“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə idti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Müəllif peyvəndləmənin gəti əleyhidarı kimi çıxış edərək, bu halın virusların artan mutasiyasına səbəb olacağına, immun sistemdən yan keçəcəyi, yoluxduruculuq qabiliyyətinin kəskin yüksələcəyi, letallığının kəskin artacağı və idarəolunmaz vəziyyətlə üzləşiləcəyini iddia edir.
Əvvəla bildirmək istəyirəm ki, cənab Geyert-in söylədikləri tamamilə əsassız, yanlış, insanların stress və qorxuya salınmasına düşünülmüş şəkildə xidmət edən, xəstə təfəkkürün məhsuludur.
Belə ki, məqalə ilə tanışlıq bu insanın tibbi təhsilinin olmadığını, böyük ehtimalla, texniki sahə mütəxəssisi olduğunu göstərir.
Əvvəla virus canlı mikrovarlıq deyildir. Çünki canlı varlıq olmanın üç əsas şərti vardır: qenom quruluşuna malik olmaq (viruslar buna sahibdir), təbii yolla bölünüb, nəsl artırmaq qabiliyyətinə malik olmaq (viruslar bundan məhrumdur) və ətraf aləmlə fərdi mübadilə qabiliyyətinə malik olmaq (viruslar bundan da məhrumdur). Odur ki, virusları “canlı həyatın yalnız sərhəddində olanlar” adlandırırlar. Buna görə də, virusun dövrü olaraq mutasiyaya məruz qalmasının yeganə səbəbi, artıb-çoxalmaq üçün canlı hüceyrənin daxilinə girmək istəyidir. Yəni virus maneəsiz olaraq canlı hüceyrəyə daxil ola bilirsə, mutasiyaya məruz qala bilməz. Çünki mutasiya virusun yalnız immun sistemdən yayınaraq canlı hüceyrəyə girmək və ya simbioz yaşamağa xidmət edən, yəni zərurətdən doğan dəyişim şəklidir. Genom dəyişikliyilə müşahidə olunan mutasiya yalnız bir halda, yəni virusun hüceyrəyə girişinə güclü immun müqaviməti yarandıqda baş verir. Peyvənd virusun hüceyrəyə girişinə mane olmur, virus yenə də aktiv şəkildə hüceyrəyə daxil olur, lakin peyvəndin yaratdığı spesifik antitellər virusu anında tanıyır və onu inaktiv hala salır. Nəticədə ya xəstəlik baş vermir, ya da çox yüngül şəkildə keçir. Odur ki, peyvəndin mutasiyaya səbəb olacağını düşünmək belə mənasızdır.
Mutasiya ilə antibiotiklərə qarşı rezistentliyin müqayisəsi isə sadəcə savadsızlıqdır. Cünki birincidə genom dəyişikliyi, ikincidə isə dərman müdaxiləsinə dözümlülük və ya tabe olmamaq halı baş verir. Tamamilə fərqli mexanizmlə icra olunan və müqayisəsi elmi məntiqə əsaslanmayan proseslərdir.
Təbii anticisimlər, yalnız körpə dünyaya gələndə, anadan aldığı anticisimlərdir ki, müəyyən zamandan sonra parçalanaraq orqanizmdən xaric olur. İnsanda fərdi anticisimlər zaman keçdikcə, yalnız müvafiq infeksiya ilə qarşılaşdıqdan və ya peyvənd aldıqdan sonra əmələ gəlir (məsələn, aylar üzrə körpə uşaqlarda peyvəndləmə aparıldıqda) və genom surəti hüceyrə yaddaşına yazılır. Yəni müəllifin söylədiyi təbii və sünü anticisimlər termini yalnız onun düşündükləridir, reallıq və elmi həqiqət deyil.
Bir də ki, cənab Geyert V. Bosşe-nin kimin fondunda işlədiyini və kim tərəfindən maliyyəşdirildiyini və boynuna məsuliyyət götürüb yazdığı bu məqaləyə görə aldığı qonorarı düşünün. Bu haqda az da olsa məlumatlı olsaz, yazdıqlarımı heç oxumaq belə lazım deyildir. Xatırladıram: Geyert V.Bosşe PhD (Bill və Melinda Geytsin Fondu, GlaxoSmithKline Biologicals, GAVI).
Musa Qəniyev
Tibb elmləri doktoru, professor