![]() |
|
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Naxçıvan MR-da toylara icazə verilib.
Azərbaycan 24-ə bu barədə Naxçıvan MR-dan məlumat daxil olub.
Məlumata görə şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib.
Elə bu gün bir toy məclisinin keçirildiyi bildirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 20 mart 2021-ci il tarixində ölkə üzrə 236 ictimai iaşə obyektində 397 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Malik Mustafayev küçəsi ev 7 ünvanında yerləşən, fiziki şəxs Şamiyeva Lətifə Abas qızına məxsus kafe;
2. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Ramil Rəhimov Dilman oğluna məxsus “Elit” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 56, m. 35 ünvanında yerləşən, "Urban Solution" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus pub;
4. Bakı şəhəri, Səbail rayonu, Xəqani ev 21 m.- ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad Qızına məxsus “BeeArif By Mydom” restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus “İncir” kafesi;
6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ev 240, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Emrah Aksakala məxsus restoran;
7. İsmayıllı rayonu, Buynuz kəndində yerləşən, fiziki şəxs Şəfiyev Toğrul Fazil oğluna məxsus kafe;
8. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Elçin Aydın oğluna məxsus çay evi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.
Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.
Müdafiə Nazirliyi Qubadlı rayonunun Çardaqlı kəndinin görüntülərini yayımlayıb.
Həmin görüntüləri təqdim edirik:
Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının ikinci mərhələsi başlayıb.
Deputatlar qrafik üzrə koronavirusa qarşı vaksinin ikinci dozasını alacaqlar.
Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.
Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.
Onlardan cəzasının çəkilməmiş hissəsindən azad olunan 475 nəfər azadlığa buraxılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
"Ölkə.Az" xəbər verir ki, sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.
Ötən gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) yaydığı məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılan araşdırmalar zamanı ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.
Bəs bu iki virusun simptomları bir-birindən nə ilə fərqlənir? Uşaqlar arasında yoluxmaların artımına səbəb virusun Britaniya ştammı ola bilərmi?
Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavablandırıb:
- Koronavirus infeksiyası ilkin mərhələdəki simptomlarını yavaş-yavaş itirir. Bu, yoluxma sayının artmasına gətirib çıxara bilərmi?
- Yeni koronavirus infeksiyası zamanı ilkin mərhələ ilə müqayisədə klinik mənzərənin bir qədər dəyişilməsi haqqında müxtəlif fikirlər var. Daha çox o qeyd edilir ki, buna səbəb daha böyük sayda insanın xəstələnməsi və nəticədə bir sıra yeni əlamətlərin müşahidə olunmasıdır. Əgər əvvəllər bu xəstəliyə sadəcə kəskin respirator infeksiya kimi baxırdılarsa, indi daha çox orqanizmin sistem xəstəliyi kimi baxılır. Əlamətlərin rəngarəngliyi yoluxma hallarının sayının artmasına səbəb ola bilməz. Hazırda yoluxma sürətində artımı virusda baş verən müxtəlif mutasiyalarla əlaqələndirirlər. Əgər bu mutasiyalar nəticəsində gələcəkdə virus daha az aqressivlik əldə edərsə, xəstələnmənin asimptomatik və yüngül gedişlərinin sayı artarsa, bu, yoluxma hallarının sayına təsir göstərə bilər.
- COVID-19 klinik göstəricilərinə görə hansı infeksiyaya daha yaxındır? Bu pandemiyanın qarşısını almaq üçün başqa hansı mübarizə üsulları var?
- Koronavirus kəskin respirator virus infeksiyaları sırasındadır. Bu, əsasən, hava-damcı yolu ilə yayıldığından həmin infeksiyalar üçün mübarizə tədbirləri universaldır. Hazırda xəstəliyə qarşı etiotrop dərman preparatı mövcud deyil. Yalnız kütləvi vaksinasiya və universal mübarizə tədbirlərinə əməl olunması pandemiyanın qarşısını ala bilər.
- Xəstəlik ilkin mərhələdə uşaqlar arasında geniş yayılmırdı. İndi isə tam əksinə məktəblilər, azyaşlılar (1-6 yaş qrupu da var) arasında koronavirusa yoluxma daha çoxdur. Bunun səbəbi nədir?
- Rəsmi statistik rəqəmlərə görə, ölkəmizdə 0-9 yaş qrupunda uşaqların yoluxma hallarının tezliyi 3 faiz təşkil edir. Hələ bu göstəricinin artımı haqqında məlumat yoxdur.
- Bu virusun məhv olma temperaturu varmı? Əvvəl deyirdilər ki, havalar istiləşdikcə virus öləcək, lakin bu proqnoz özünü doğrultmadı. Əksinə pandemiya davam etdi və qış mövsümündə növbəti dalğa müşahidə olundu. Qarşıdakı günlərdə virusun aktivliyinə səbəb ola biləcək amillər nələrdir?
- Bəzi tədqiqatların nəticələrinə görə, havanın temperaturu yoluxma hallarının sayına müəyyən təsir göstərir. Baxmayaraq ki, virusun həm soyuq, həm də mülayim və isti havada kifayət qədər yayılmasını müşahidə edirik. Yoluxmaların artmasında əsas səbəb insan təmaslarının intensivliyidir. Bu səbəb digər faktorlarla müqayisədə aparıcı və həlledici rol oynayır.
- Yüksək hərarət, öskürək, boğulma kimi simptomlar müşahidə olunsa da, COVID-19 testinin cavabı neqativ çıxır. Bəs bu, nəyin əlamətləridir?
- COVID-19-un təyini üçün götürülmüş test nümunəsinin neqativ cavabı heç də həmişə xəstəliyi inkar etmir. Burada müayinənin gec aparılması, müəyyən texniki qüsurlar və testlərin həssaslığı rol oynaya bilər. Həmçinin qeyd olunan əlamətlər yeni koronavirus infeksiyası üçün spesifik olmayıb mövsümi qrip və digər respirator virus infeksiyaları zamanı da rast gəlinə bilər.
- Ölkə daxilində Britaniya ştammına yoluxma olduğu təsdiq edildi. Britaniya ştammı özü də mutasiyaya uğraya bilərmi?
- Bəli, rəsmi olaraq Azərbaycanda yeni koronavirus infeksiyasının Britaniya ştammının aşkarlandığı elan olundu. Virusun mutasiyaya uğraması pandemiya şəraitində təbii və fasiləsiz baş verən prosesdir. Virusda mutasiyaların sayı artdıqca onun müəyyən xüsusiyyətləri dəyişə bilər.
- Bəzi Avropa ölkələri “AstraZeneca” vaksinindən imtina edir. Bizdə isə baş nazirin qərarı ilə bu vaksindən 432 min doza alınacaq. İnfeksionistlər bu vaksinin insan orqanizminə çoxsaylı yan təsirləri olduğu deyilir. Hətta bu vaksindən ölənlərin olduğu da deyilir. İstərdim ki, bu vaksinin virusa təsirindən, hazırlanma metodikasından danışasınız.
- Qeyd olunan vaksinin tromboemboliya və qanaxma kimi güman olunan yan təsirlərinin olduğu yazılır. Lakin, bu ehtimallar hələlik sübut olunmayıb. Bu istiqamətdə araşdırmalar aparılır. Bu tip vaksin geniş peyvəndləmə üçün ölkəmizə gətirilməyib.
- Hamilə qadınlar və uşaqlar koronavirusa yoluxduğunda daha ağır fəsadlar ola bilərmi?
- Uşaqlarda və hamilə qadınlarda yeni koronavirus infeksiyası zamanı ağır hallar və fəsadlar yaş qrupuna uyğun səviyyədə, yaşlılara nisbətən daha az rast gəlir. Bu, əsasən immun sistemdə olan pozuntular və əhəmiyyətli yanaşı xroniki xəstəliklərin olmasından çox asılıdır.
- Yanvarın 18-dən ölkədə “CoronaVAC” vaksininin vurulmasına başlanılıb. Uşaqlara vaksin vurulması qadağandır. Gigiyenik normalara riayət edilsə də, artıq yoluxmanın qarşısını bu yolla almaq olmur. Bəs uşaqları necə qoruyaq?
- Başqa effektiv üsul yoxdur. Tövsiyə olunan karantin qaydalarına riayət olunması təmin edilməlidir.
- Koronavirusa təkrar yoluxmalar da müşahidə olunub. Vaksindən sonra yenidən yoluxma faktı olarsa, infeksionist olaraq hansı təklifləri verə bilərsiniz?
- İstənilən halda xəstəlik baş verərsə, bu, aşkarlanıb, müalicə olunmalıdır. Nə qədər ki, pandemiya davam edir, hətta vaksin olunmağımıza baxmayaraq, qızıl qaydalara əməl etməyimiz tövsiyə olunur.
- Vaksinlərin effektivliyi 100 faiz deyil, bəzi insanlarda vaksin vurulandan sonra da COVID-19-a yoluxma halının qeydə alına biləcəyi, hətta ölüm halı da istisna edilmir. O zaman bu pandemiyadan qurtulmağın yolu vaksinlər də deyil?
- Hələ ki, kütləvi vaksinasiya pandemiyadan qurtulmağın yeganə effektiv vasitəsi sayılır.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında müvafiq dəyişiklik edib.
Qaydalara görə, qeyd olunan şəxslər 3 ay müddətində sərbəst hərəkət edə biləcəklər.
Bəs Türkiyədə tətbiq ediləcək bu karantin təcrübəsi Azərbaycanda da həyata keçirilə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, Türkiyə təcürbəsinin ölkəmizdə tətbiqi daha məqsədəuyğun olar. Çünki vaksinasiyada ilk doza vurulandan 28 gün sonra tam doza vurulur. Ümumilikdə isə, 42 gün sonra insanda virusa qarşı immunitet formalaşır.
Adil Qeybulla deyib ki, belə olduğu təqdirdə həm də insanlarda vaksinasiyaya qarşı maraq daha da artacaq.
Professor hesab edir ki, ölkəmizdə də bu cür qaydalar tətəbiq edilməlidir.
Azərbaycanda sabahdan Novruz tətili başlayır.
Novruz bayramı ilə əlaqədar 2021-ci il mart ayının 20-dən 29-dək qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.
Bununla da, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.