![]() |
|
Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə, bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Bəs sözügedən problemi necə həll etmək olar?
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, rəngi solan və ya silinən piyada zolaqları məsələsi çox aktualdır və belə zolaqlar potensial qəza mənbəyidir: “Bu gün nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə həmin zolaqların silindiyinin şahidi oluruq. Doğrudur, mərkəzdə belə zolaqlar mütəmadi olaraq rənglənir, amma ətraf ərazilərdə biz bunu görmürük. Bakıətrafı qəsəbələrdə bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığında piyada keçidi işıq saçırdı və görünürdü. Nəticədə sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi isə piyada keçidlərində bu effekti cəmi bir ay görə bilərsən”.
Onun sözlərinə görə, paytaxtın bəzi küçələrində piyada keçidlərinin yeri düzgün müəyyənləşməyib: "Bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Mircəlal küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenicə təmir edilməsinə baxmayaraq, hazırda həmin ərazidə vəziyyət olduqca acınacaqlıdır. Əvvəldən piyada zolağının mövcudluğuna baxmayaraq, 30 metr sonra daha bir piyada zolağı çəkilib və əvvəlkini silməyiblər. Belədə sürücü ilə piyada arasında müəyyən gərgin anların yaşanmasına səbəb olur. Sürücülər də deyir ki, zolağın silinməsi onlarla piyadalar arasında mübahisəyə səbəb olur. Piyada "yol mənimdir" deyib yolu keçir, biz isə yolda zolaq görmədiyimiz üçün piyadaya yol vermək istəmirik. Nəticədə də qəza şəraiti yaranır, hətta piyada vurulması riskini artırır".
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Report”a deyib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: "Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə əməkdaşlarımızın apardığı monitorinqlər əsasında zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq mini yenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib".
Onun sözlərinə görə, yaxın gələcəkdə paytaxtın daha çox risk qrupuna daxil olan küçələrində Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur: "3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlik mümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra 3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq".
Qeyd edək ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.
"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir tədbir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin 8-ci sinif şagirdlərinin QSC-nin Təlim-tədris mərkəzində ekskursiyası təşkil edilib.
Məqsəd uşaqları metropolitenin fəaliyyəti ilə tanış etmək, onlarda əməyə münasibətin formalaşmasına, istehsalatla, texnika və texnologiyalarla tanış olmasına, gələcək peşə seçiminə, müxtəlif peşələrə maraq yaratmaqdır.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov,Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov, hərəkət qatarlarının istismarı üzrə iş departamentin rəis müavini Elmar Əzimov şagirdlərə Bakı metrosunun inkişaf tarixindən, yenidən qurulan təlim-tədris mərkəzi, burada keyfiyyətli təhsil prosesinin təmin olnması üçün yaradılmış şərait, metropolitendə peşəkar kadrlara xüsusi diqqət yetirilməsi barədə məlumat veriblər.
Metro qatarını xatırladan 8 vaqon-guşə, dərslərin canlı və dərindən mənimsənilməsi üçün sifarişlə hazırlanmış və tədris prosesində hər sahənin özəlliklərini əks etdirən 18 maket və 100-dən artıq əyani-praktiki vəsaitlər şagirlərin marağına səbəb olub.
Məktəblilər burada hər sahəyə aid xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otaqları ilə tanış olublar.
Sonda ən əhəmiyyətli yeniliklərindən biri olan qatar trenajoru ilə uşaqları təlimatçı-maşinist Niyazi Hətəmov tanış edib, bu qurğu haqqında onlara ətraflı məlumat verib. Şagirdlər trenajorun maşinist sükanı arxasında ilk təlimlərini alaraq, qatarın idarə edilməsinin bəzi xususiyyətləri ilə əyani tanış olublar. Onlara maşinistlərin yeni seçim qaydası izah edilərək, bu şərəfli peşəyə indi texniki təhsili olan gəncin sahib olmasının mümkünlüyü də əyani izah edilib. Ekskursiyada bu seçimlərin cari təlim kursunun müdavimləri və onu bitirmiş maşinstlə söhbət etmək imkanı yaradılıb.
Ekskursiya zamanı şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəzadan son anda yayına bilib. Yol-xeber.az xəbər verir ki, paytaxtda hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib. Bu zaman sağdan yolayrıcına daxil olan "Vaz 2104" markalı avtomobillə toqquşma baş verəcəkdi. "Vaz" markalı avtomobilin sürücüsü əyləcdən istifadə etməsəydi qəza qaçılmaz olacaqdı.
Bir çox sürücülər tıxac zamanı əks istiqamətə çıxaraq bu cür qabağa düşmək istəyirlər. Lakin onlar hansı təhlükə ilə üzləşəcəklərini öncədən düşünmürlər. Bu cür qayda pozuntularına görə dəfələrlə cinayət xarakterli yol nəqliyyat hadisələri baş verib. Sürücülərə bir daha tövsiyə edirik ki, tıxac zamanı səbirli olsunlar və yol hərəkəti qaydalarını pozmasınlar.
Sirr deyil ki, sürücülər avtomobillərinin akkumulyatorlarını dəyişdirərkən köhnə olanı elə aldıqları yerdə satırlar. Yol-xeber.az Xezerxeber.az-a istinadən məlumatına görə, bir çoxları onların Azərbaycanda təkrar emal edildiyini zənn etsə də, əslində bu belə deyil. Akkumulyator satışı ilə məşğul olanlar deyir ki, bunu təkrar emal etmək üçün xarici ölkələrə göndərirlər.
Qeyd edək ki, bu gün Azərbaycan bazarında ən çox Türkiyə istehsalı olan akkumulyatorlar satılır. Qiymətləri isə Avropa istehsalı ilə müqayisədə bir qədər aşağıdır. Amma artıq Azərbaycanda da akkumulyator istehsal edilməsi istiqamətində işlər görülür.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır. Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.
Niyazi Səfərov bildirib ki, bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq.
Qeyd edək ki, Azərbaycanda bir milyondan çox avtomobil var. Təxminən üç ildən bir sürücülər avtomobilərinin akkumulyatorunu dəyişir. Orta hesabla bir akkumulyatorun qiymətinin 100 manat olduğunu nəzərə alsaq, bu da kifayət qədər məbləğ deməkdir.
İqtisadçı ekspertlər isə deyir ki, ölkəmizdə akkumulyatorlar təkrar emal edilərsə, həm yeni iş yerləri açılar, həm də daxili bazarda olan təlabat ödənilər.
İqtisadçı ekspert Ruslan Atakişiyevin fikrincə, hətta təkrar emaldan hazırlanan akkumulyatorları xarici bazara da çıxarmaq mümkündür.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə hər il metropolitençilər üçün həm ölkədaxili, həm də ölkə xaricinə turlar təşkil edir. Bu il də Metropolitençilərin Peşə Bayramı Günü və 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq paralel şəhərin bir qrup əməkdaşı ailə üzvləri ilə birgə ölkəmizin dilbər guşələrindən və turistik zonası olan Qaxa yollanıblar. Müəssisənin müxtəlif xidmətlərindən olan 50 nəfər işçi bu bayram səfərində iştirak edib. Metropolitençi turistlər Qaxın beşulduzlu otelinə yerləşiblər. Qədim tarixə və mədəniyyətə malik Qax rayonunun hər bir guşəsi turistlərin istirahətini məzmunlu və maraqlı edib. Metropolitençılərin istirahət marşrutu İlisu kəndindən, İlisu Tarixi-Mədəniyyət qoruğundan, Qum kəndindən keçib. V-VI əsrlərə aid Alban məbədini, Şəki xan sarayını ziyarət ediblər.
Bakıda müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobuslar üçün xüsusi zolaq təşkil edilsə də sürücülər bu zolaqdan istifadə edə bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, məsələn, paytaxtın Babək prospektində avtobuslar üçün zolaq var, amma istifadə edilmir.
Avtobus sürücləri deyir ki, zolaq təşkil edildiyi ilk gündən mənzərə belədir. Onlar bu zolaqlardan istifadə edə bilmirlər. Xüsusilə də axşam saatlarında zolağın digər sürücülər tərəfindən zəbt edilməsi yolda tıxaca səbəb olur.
Avtobus zolağında avtomobil saxlayan sürücülər isə bildirir ki, prospekt yenidən qurulan zaman avtomobillərin parklanması nəzərə alınmayıb. Yol boyunca ticarət obyektləri də çox olduğundan sürücülər avtomobil saxlmağa yer tapmırlar. Odur ki, problemlər yaranır.
Ekspertlər isə hesab edirlər ki, yol infrastrukturu təşkil edilən zaman ətrafdakı ticarət obyektləri də nəzərə alınmalı idi. Bunun nəticəsidir ki, avtobus zolağından istifadə mümkünsüz olub.
Qeyd edək ki, qaydaları pozan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir
Bakı-Sumqayıt yolunda yol hərəkəti qaydasını pozan və qadağan olunmuş səs siqnalından istifadə edən sürücü kameraya düşüb. Yol-xeber.az xəbərinə görə videodan aydın şəkildə görünür ki, yanacaq doldurma məntəqəsindən hərəkətə başlamaq üçün iki zolaq təşkil edilib. Sol zolaqdan hərəkətə başlamaq istəyən 10-AS-988 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü baş yolun boş olmasına baxmayaraq dayanır. Sağ zolaqdakı avtomobil isə onun hərəkətə başlamasının gecikdiyini görüb öz zolağı ilə baş yola çıxır. Bu zaman 10-AS-988 qeydiyyat nişanlı avtomobil qadağan edilmiş səs siqnalından istifadə edərək öz etirazını bilidirib. Dövlətə məxsus olan avtomobili idarə edən sürücü bir neçə qaydanı kobud şəkildə pozub. Qeyd etdiyimiz sürücü biraz qarşıda yenə də qadağan olunmuş səs siqnalından istifadə edərək həmin sürücüyə haqsız etirazını bildirib.
10-AS-988 qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönərkən yol hərəkəti haqqında qanunun 42- ci maddəsinin I hissəsinin tələbini pozaraq dönmə işığını yandırmayıb (Sürücü hərəkətə başlamazdan əvvəl dönmə işıqlarından istifadə etməlidir), 42-ci maddənin X hissəsinin tələbini pozaraq sağ zolaqdakı avtomobili sıxışdırıb (Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Sürücü avtomobilə 74- cü maddənin IV hissəsinin tələbini pozaraq çoxavazlı səs siqnalı da quraşdırıb (Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır).
Ağcəbədi rayonunda bir yük avtomobilinin sürücüsü , nəqliyyat vasitəsini dövlət nömrə nişanını bağlayaraq magistral yolda idarə edib. Bu sürücü hər hansı bir hadisə törədərsə yol polisi onu necə müəyyən edəcək? Sujetdə sizə təqdim edəcəyimiz başqa bir yük avtomobilin üzərində isə iki fərqli nömrə var.
Daşla dolu olan yük avtomobilinin sürücüsü dövlət nömrə nişanını palçıqla bağlayıb.
Hadisəni şahid olan sürücülərdən biri bunu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. Sürücü deyir ki, həmin faktı Ağcəbədi rayonuna gədən yolda qeydə alıb. Görüntüdən aydın our ki, dövlət qeydiyyat nişanının ''04-BO-05'' -ə qədər olan hissəsi görsənir. Amma sürücü hələki bilinməyən səbəbdən nömrənin axrıncı rəqəmini palçıqlayıb ki, görsənməsin.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, avtomobilin bu şəkildə idarə olunması yolverilməzdi. Üstəgəl avtomobil sahibi bu hərəkəti ilə özü haqqında bir sıra şübhələrin yaranmasına da səbəb ola bilər.
Ekspertin sözlərinə görə, bu məsələ qanunla tənzimlənir və bunu edən sürücülər cərimə edilməlidirlər. Qeyd edək ki, sürücü bunu bilərəkdən etdiyi üçün inzibati xətalar məcəlləsinin 342.9-cu maddəsi ''yəni avtomobilin dövlət nömrə nişanını bağlanmasına'' görə 500-800 manat arasında cərimə edilə bilər.
Yollarda çəkilən başqa bir videoda isə yük avtomobilinin üzərində iki fərqli nömrə var. Magistral yolların birində hərəkət edən yük maşının dövlət nömrə nişanı ''57-CE- 388'' olaraq göstərilib. Lakin bort üzərində yazılan nömrə isə tamamilə fərqli ''99- FP- 178''-dir. Ekspert bunun da qanunsuz oduğunu deyir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, hər iki faktla bağlı araşdırma aparılacaq.