![]() |
|
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Ləkit kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır”, “Dini radikalizmə qarşı mübarizə” və “Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyətimizə, ümumilikdə bəşəriyyətə ağır zərbələr vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir
iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi “ağ ölüm”ün qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb.
Dini radikalizmin fəsadlarından rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Hidayət Nurəlibəyov və DQİDK-nin nümayəndəsi geniş bəhs ediblər. Onlar ölkəmizdə formalaşmış tolerantlıq ənənələrindən danışıblar və sağlam dini düşüncənin formalaşmasında maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları mövzusunda da geniş məlumat verilib. Şagirdlər də öz növbəsində mövzular ətrafında müxtəlif səhnəciklər nümayiş etdirib, mahnı oxuyub, şerlər səsləndiriblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bakıda yol kənarındakı ağacı kəsib yerində avtomobil dayanacağı qurublar. Son günlər sosial şəbəkələrdə bu məsələ geniş müzakirələrə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın təmir işi aparan yol idarəsi tərəfindən kəsildiyini iddia edir. Avtomobil Yolları Dövlət Agentliyi isə məsələdən xəbərsiz olduqlarını bildirir. İndi iki dövlət qurumu bir-birlərini ittiham edirlər.
Yol kənarındakı ağacı kəsib, yerində avtomobil dayanacağı qurublar.
Hadisə paytaxtın Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 23 ünvanında baş verib. Görüntüləri ərazidə olan şahidlərdən biri çəkərək sosial şəbəkələrdə paylaşdıqdan sonra məsələ ictimailəşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın kəsilməsi ilə bağlı daxil olan şikayətə dərhal reaksiya verib və həmin ünvanda araşdırma aparıb. Nazirliyin mətbuat katibi İradə İbrahimova deyir ki, ağacın həqiqətən də kəsilməsi faktı təsdiqini tapıb.
Qeyd edək ki, ərazidə ağac kəsildikdən sonra iki obyektin qarşısında səki ensizləşdirilərək avtomobil dayanacağı qurulub. Obyekt sahiblərinin sözlərinə görə, onlar ərazidə dayanacağın qurulması ilə bağlı heç bir idarəyə müraciət etməyiblər. Amma artıq dayanacağın nəzarətçisi də var.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ittihamları ilə razılaşmır. Amma ərazidə onların əməkdaşları tərəfindən asfaltlanma işi aparıldığını təsdiq edir. Anar Nəcəfli deyir ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təşkil etmək üçün həmin yerdə xüsusi cibli dayanacaq salınıb.
Hər halda baş vermiş xoşagəlməz hadisə məhkəmədə araşdırılacaq. Ağacın kəsilməsinə görə fiziki şəxslər 2200, vəzifəli şəxslər 5 min, hüquqi şəxslər isə 35 min manat məbləğində cərimə ediləcək.
Siz də avtomobil ustalarına güvənən sürücülərdənsiniz? Avtomobilinizə düzgün şəkildə qulluq edə bilən bir usta tapmırsınızsa, çox şanslısınız. Təəssüf ki, bütün ustalar müştərilərinə qarşı məsuliyyətli və dürüst olmurlar.
Yol-xeber.az bildirir ki, maşınınızı servisə aparan zaman ustaların bəziləri müəyyən məqamları sizdən gizlədə bilər:
1. Əgər usta sizə avtomobilin akkumulyatorunun dəyişdirilməsini israr edirsə, inanmayın. Akkumulyatorun ömrünü uzatmağın mümkünlüyünü çox sürücü bilmir. Bəzən onu dəyişmək doğrudan da lazım olur, amma çox vaxt servislər sizə pul xərclətmək üçün əllərindən gələni edirlər. Əslində akkumulyatorların ən böyük nasazlıqları onların özündə deyil, naqillərində olur. Akkumulyatorun bağlandığı yerlər vaxt keçdikcə aşınır və zədələnir. Buna görə də o, avtomobilinizə əvvəlki qədər güc ötürə bilmir. Bəzi insanlar naqillərin akkumulyatora bağlı hissələrinə "Coca-Cola" tökürlər və bununla da korroziyanı yox edirlər. Onu da qeyd edəki ki, akkumulyator satılmazdan əvvəl mağazada nə qədər çox qalırsa, gücü bir o qədər azalır. Buna görə də, akkumulyatorunuzu dəyişən zaman onun istehsal tarixinə baxın.
2. Ustaların çoxu avtomobilinizin yağının hər 5000 kilometrdən bir dəyişdirilməli olduğunu deyir. Buna baxmayaraq, müxtəlif avtomobil mütəxəssisləri hər 12000 kilometrdən bir yağ dəyişmənin düzgün olduğunu deyirlər. Üstəlik, əgər yağı hər 16000 kilometrdən bir də dəyişsəniz, avtomobiliniz heç bir ziyan görməyəcək. Tez-tez yağ dəyişməkdənsə, ustaların dili ilə desək, avtomobilinizin "yağ yeməməsinə" diqqət edin. Bəzi ustalar köhnə və kirlənmiş yağın avtomobilinizə ziyan verəcəyini deyir. Ancaq müasir avtomobillərdə yağ yanıb buxarlandığı üçün təmizlik məsələsi o qədər də vacib deyil. Sadəcə vaxtı gəldikcə avtomobilinizin yağını dəyişməlisiniz.
3. Əyləc yastıqları. Əlbəttə ki, heç bir sürücü əyləcdən gələn səsə biganə qala bilməz. Belə vəziyyət çoxumuzu narahat edir və avtomobili dərhal ustaya aparırıq. Bilmədiyimiz məqam odur ki, bu səsin səbəbi əyləc yastıqlarının üzərindəki pasdır. Əslində, bu pası fırçalamaqla, qazımaqla və ya üstünə hava axını ilə təsir göstərməklə, rahatlıqla təmizləmək olar. Bəzi sürücülər bu problemi özləri həll etsə də, bəziləri yeni əyləc yastığı dəsti almalı olduqlarna inanırlar. Əslində isə əyləc yastıqları tamamilə paslanmamış, onları dəyişməyə ehtiyac yoxdur.
4. Pulsuz servis. Bir çox hallarda sizi pulsuz servisə dəvət edirlər. Çoxumuz da onsuzda pul ödəməyəcəyimizi düşünüb dərhal maşını servisə aparırıq və elə bunula da səhv edirik. Baxış bitdikdən sonra usta mütləq maşının təcili təmirə ehtiyacı olduğunu deyəcək. Sizə avtomobilinizi, yalnız hansısa problemi olduğu zaman servisə aparmağı məsləhət görürük.
5. Ustaların çoxu "hidravlik sükanın baxıma ehtiyacı var" və ya "soyutma suyu mütəmadi olaraq dəyişməlidi" ifadələrini tez-tez işlədir. Əslində isə yağ dəyişmə kimi bu xidmətlərin də hər 16000 kilometrdən bir yerinə yetirilməsi kifayətdir.
6. Əgər sizə desələr ki, təkərlərin yeri dəyişməlidir, buna da inanmayın. Bu proses təkərlərin dişlərinin daha tez paslanmasına səbəb ola bilər. İlk öncə onu deyək ki, təkərlərin, həqiqətən, dəyişib-dəyişməməsini başa düşmək demək olar ki, mümkün deyil. Bunu anlamaq üçün təkərlərin üzərinə hansısa nişan qoya bilərsiz. Təkərlərin rotasiyası (əvəzlənməsi) isə onların paslanma sürətini azaltmaz.
7. Yağ işığının yanmasını çoxumuz ciddi problem hesab edirik. Bunun səbəbini çox az sürücü bilir. Səbəb isə yanacaq çəninin qapağının lazımi qədər sıxılmaması ola bilər. Qapaq kifayət qədər sıxılmazsa, oksigen çənin borularından içəri sıza bilər.
8. Bəzi ustalar sizə motora və ya yanacaq çəninə əlavə etmək üçün müxtəlif maddələr təklif edə bilər. Bu maddələr kifayət qədər bahalıdır. Mütəxəssislər bildirirlər ki, avtomobilə mütəmadi nəzarət etsəniz, belə məhsullara ehtiyacınız qalmaz. Aldığımız yanacaq və mühərrik yağları onsuz da lazımi əlavə maddələrlə zənginləşdirilmiş olur. Bu maddələr həm də kirliliyin və tez buxarlanmanın qarşısını alır. (ted.az)
Ötən həftə "Azadlıq" prospekti ilə hərəkət edən avtobuslardan birinin sərnişini qapı açıq olduğu üçün yıxılıb. Lakin sürücü buna baxmayaraq, işıqforun qırmızı işığında yolayrıcına daxil olub. Yol-nəqliyyat hadisələri içərisində avtobus sürücülərinin iştirakı ilə baş verən pozuntu halları az deyil. Son bir ay ərzində bir neçə piyada avtobus vurması nəticəsində dünyasını dəyişib. Bəs kütləvi şəkildə insanları daşıyan həmin sürücülərin qayda pozuntularının qarşısının alınması üçün hansı tədbirlər görülür?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik Vaqif Əsədov Lent.az -a açıqlamasında problemlərin qarşısının alınması üçün avtobus sürücüləri ilə maarifləndirici görüşlərin keçirildiyini bildirib: “Avtobus sürücüləri arasında nizam-intizam qaydalarına riayət edilməsi üçün dəfələrlə maarifləndirici və profilaktiki tədbirlər keçirilib. Müşahidələrimiz göstərir ki, avtobusların və yük maşınlarının törətdiyi qəzaların sayında azalma var”.
Vaqif Əsədov "Azadlıq" prospektində sərnişinin yıxılması ilə nəticələnən qəza barədə də danışıb. Polkovnik daşıyıcı şirkətin cərimələndiyini qeyd edib: “Bütün hadisələr qeydə alınır və günahkar məsuliyyətə cəlb olunur. Həmin hadisəni törədən sürücü də müəyyən edilib və daşıyıcı şirkətə cərimə yazılıb. Cərimə yaxın müddətdə ödəniləcək”.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində baş tutacaq.
Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün ustad dərsləri də təşkil edəcəklər.
Parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun 2002-ci ildə öz ev muzeylərində keçirilən sərgilərindən sonra ikinci dəfə “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin açılışı məhz Bakıda, noyabr ayının 7-də “Gənclik” stansiyasında keçirilib. Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Unibankın təşkilati dəstəyi ilə keçirilən bu unikal sərginin açılışında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Unibankın rəsmi nümayəndələri iştirak ediblər.
Sərgini açıq elan edən mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov tamaşaçıları salamlayaraq Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresə söz verib. Səfir Azərbaycan və Meksika arasındakı mədəni əlaqələrin inkişafına toxunaraq, səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş sərgilərdə Meksika rəssamlıq nümunələrinin nəinki Bakı, eyni zamanda, Azərbaycanın digər şəhərlərində də nümayiş olunduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərginin də metro keçidlərində təşkil edilməsinin əsas məqsədinin bütün dünyada məşhur olan cütlüyün sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara da dərin təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Əbubəkirov öz çıxışında bu sərgidə tamaşaçılara təqdim olunmuş Dieqo Rivera və Frida Kalonun 90-dan artıq əsərlərinin seçilməsində nazirlik əməkdaşlarının da yaxından iştirak etdiyini xüsusi olaraq vurğulayıb, həmçinin belə sosialyönümlü layihələrin Bakı metropoliteni tərəfindən təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib.
Daha sonra tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov Meksikanın görkəmli incəsənət nümayəndələrinin sərgisinin məhz Bakı metropolitenində keçirilməsinin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi və münasibətlərin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib. H. Məmmədov öz çıxışında onu da xüsusi olaraq vurğuladı ki, sərnişin axınının sıx olduğu metropolitendə belə bir sosialyönümlü layihənin keçirilməsi incəsənət və mədəniyyətin təbliği baxımından əhəmiyyətli addımdır.
Tədbirdə iştirak edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov öz çıxışında bildirdi ki, paytaxt sakinlərinin bu nadir sənət inciləri ilə məhz metro stansiyanın keçidlərində tanış olmağın onlar üçün əla fürsət olduğunu qeyd edərək, təşkilatçılara öz təşəkkürünü bildirib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu layihənin QSC-nin sosialyönümlü layihələrinin tərkib hissəsi olmaqla yanaşı, metro sərnişinlərinə ilk ictimai töhfəsi olduğunu da sərgi iştirakçılarının diqqətinə çatdırıb. B.Məmmədov onu da vurğulayıb ki, bu sərginin əsas məqsədi stansiya keçidlərindən istifadə edənləri, eləcə də sənətsevərləri Dieqo Rivera və Frida Kalonun sənət əsərlərinin incəlikləri ilə yaxından tanış etməkdir. "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva açılış mərasimindən sonra sərgi ilə yaxından tanış olan iştirakçıların nəzərinə çatdırıb ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək kifayətdir. L.Babayeva onu da bildirib ki, sərginin nümayişi altı ay müddətində davam etdiriləcək.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, sərgi dünyada populyar Meksika milli musiqisi olan Mariaçi ilə müşayiət edilib. Tədbir mərasimə toplaşanların xoş ovqatlı söhbət və sənət inciləri ətrafında apardıqları müzakirələrlə davam edib.
"Yol-xeber.az" axşam.az-a stinadən xəbər verir ki, sənətçi 2 milyon 250 min lirəyə "Bentley" markalı maşın satın alıb.
Yeni avtomobilin qeydiyyat nişanı müğənni və xanımı Özlem Şahinin adının baş hərflərindən ibarətdir.
Berkay yeni avtomobili ilə poz verib.
Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir
Bu barədə telejurnalist Elçin Əlibəyli feysbuk səhifəsində yazır ki, yazdığı statusa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı:
"Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü. Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəisi, polkovnik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər.
Bir daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib, barışdıq".
Sürücülərin böyük əksəriyyəti dayanma və durmanı qadağan edən nişanların mənasını hələ də bilmir. Son zamanlar Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən dayanma durma və parklanma qaydasını pozan sürücülərə qarşı tərtib olunan qərarlardan sürücülər şikayətlənirlər. Onların şikayətini araşdırdıqda isə məlum olur ki, haqlı olaraq məsuliyyətə cəlb olunublar.
Dayanma və durmanı qadağan edən 3.27 nişanı və yalnız durmanı qadağan edən 3.28 nişanının tələbləri nədən ibarət olduğu barədə məlumat verəcəyik. 3.27 nişanı həm dayanmanı, həm də durmanı qadağan edir. Yəni bu nişanın təsir sahəsində nəqliyyat vasitəsinin hərəkət sürətini 0 kilometr saat sürətə salıb dayanmaq olmaz (məcburi dayanma istisna olmaqla). 3.28 durmaq qadağandır nişanının tələbi isə fərqlidir. Bu nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir. Sürücülər bir çox hallarda bu nişanın təsir sahəsində bir neçə dəqiqə gözləyərək sərnişin mindirəcəyini bildirir və ya avtomobili saxlayaraq qısa müddətli hansısa bir işin arxasıyca gedir. Bu birmənalı olaraq qadağandır. 3.28 nişanının təsir sahəsində adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması ən qısa zamanda baş verməlidir. Əgər sürücü dayanaraq sərnişinin gəlməsini gözləyirsə, deməli nəqliyyat vasitəsi dayanmış yox durmuş hesab olunur. Belə vəziyyətdə isə sürücülər düzgün şəkildə məsuliyyətə cəlb edilir. Sürücülər bəzən elə düşünürlər ki, 3.28 nişanının təsir sahəsində avtomobildə əyləşib gözləyirlərsə (avtomobili tərk etməyiblərsə) qayda pozmamış hesab olunurlar. Bu kökündən yanlış fikirdir.
Sürücülərə tövsiyə edirik ki, dayanma durma və parklanma qaydasını pozmasınlar. Qanuna riayət etdikləri halda onları heç kim məsuliyyətə cəlb etməyəcək.
Son günlər sürücüləri qayğılandıran suallardan biri və bəlkə də ən birincisi pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyidir. Ötən illərdən fərqli olaraq, bu il pərdə və jalüzlərdən çox, plyonkalı maşınlar daha çox gözə dəyir.
Yol-xeber.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Bu gün avtomobilinin dörd tərəfini bağlayan sürücülərə də rast gəlinir. Bütün bunlar yol polisinin gözü qarşısında baş verir. Arxa şüşələrinə pərdə yerinə plyonka vuran sürücülər də var. İndi onlar da narahatdır ki, ayın 15-i bunu söküm, yoxsa yox?"
Sürücü: "Tam plyonkalı maşınlar indi də var şəhərdə. Niyə cərimələmirlər bilmirəm?!"
Vəziyyəti qəliz edən məqam Azərbaycanın qoşulduğu beynəlxəlq konvensiyalar və ölkədə tətbiq edilən standartların ziddiyət təşkil etməsidir.
Avropa İqtisadi Komisiyasının qəbul etdiyi etdiyi 43 qərar var ki, orada gösərilir; Sürücü özündən arxada qalan yan və arxa şüşələri tündləşdirə bilər. Bunun üçün isə onun qarşısına hər hansısa bir öhdəlik qoyulmayıb".
Amma yerli qaydalarda, yəni "AZƏRS" standartında bu şüşələrin tündəşdirilməsi üçün xüsusi ölçülər tətbiq edilir.
Elməddin Muradlı - Yol nəqliyyat üzrə eskpert: "Avtomobilin arxa yan şüşələri 40 faiz, tam arxa şüşə 100 faiz, alınlıq isə 25 faiz. Yol hərəkəti üzrə təhlükəli bir şey deyil, qırmızı işığın tələbini pozmur, nəqliyyat vasitəsini sərxoş idarə etmir".
Millət vəkili Çingiz Qənizadə pərdə və plyonka ilə bağlı qadağanı düzgün saymır.
Çingiz Qənizadə - Milli Məclisin deputatı: "Yan qapılarda, yan şüşələrdə pərdə və plyonka heç bir problem deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilibsə, onun qərarları da qüvvədən düşüb. Düşməyibsə, biz kömək etməliyik ki, düşsün".
Hələ ki pərdələrdən istifadə ilə bağlı qaydalar öz qüvvəsində qalır. Qadağanın nə vaxt aradan götürüləcəyi isə, bəlli deyil...