Putinin son ümidi Paşinyanın düşməninə - ermənilərin baş keşişinə qaldı... - NƏ BAŞ VERİR?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bütün ermənilərin katolikosu II Qareginə ölkələr arasında mədəni-humanitar əlaqələrin inkişafındakı böyük xidmətlərinə görə ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putin tərəfindən ona verilən “Şərəf” ordenini təqdim edib.

Moderator.az xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.

“Xalqlarımızın çoxəsrlik zəngin dostluq tarixi var və bu dostluq bizim birlikdə yaşadığımız çətinliklər və çoxsaylı qələbələr nəticəsində möhkəmlənib. Xalqlarımızın qardaşlığı bizim xristian inancımız və hamılıqla qəbul edilmiş dəyərlərimiz üzərində möhkəm dayanıb”, - katolikos mükafata görə təşəkkürünü bildirərəkən belə deyib.

"II Qaregin Putinin 44 günlük müharibəyə son qoymaq üçün bilavasitə səylərini, habelə onun nəticələrinin aradan qaldırılmasına, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinə, Dadivank(Kəlbəcərdəki Xudavəng-S.L.) monastırının və digər erməni ziyarətgahlarının qorunub saxlanmasına yönəlmiş davamlı dəstəyini xoş niyyət və dəstəyin sübutu kimi qiymətləndirib. Bu günün problemlərinə toxunan katolikos qeyd edib ki, Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağda yaranmış humanitar böhran bütün erməniləri narahat edir".

P.S. Nəzərə alsaq ki, II Qaregin Ermənistan Baş naziri Nikol Paşinyanın əsas rəqiblərindədir və onların arasında ciddi ixtilaflar var, Putinin katolikosu mükafatlandırmasının xüsusi addım olduğunu anlayarıq. Görünür, Paşinyanın Rusiya və KTMT-yə qarşı dünənki sərt bəyanatlarından sonra Kreml diktatoru onun düşmənini "şərəf"ləndirməyi qərara alıb. Bu da Köçəryandan da, Vardanyandan da əlini üzən Putinin Ermənistandakı son ümid yerinin ermənilərin baş keşişinin olduğunu göstərir...

Vardanyan əli ilə Xankəndidə separatçı rejimin komandasında kütləvi “təmizləmə” işi həyata keçirilib.

Dələduz “desantçı” Ruben Vardanyanın Xankəndidə peyda olmasından, xüsusən də onun qondarma rejimin “dövlət naziri” “təyin edildik”dən sonra separatçı komandada ciddi parçalanmalar, qarşıdurmalar yaranıb. Vardanyan öz “komandasını” formalaşdırmaq üçün köhnələrlə vidalamaqdadır.

Vardanyan bunu baş separatçı Araik Aratunyanın əli ilə həyata keçirməkdədir.

Bir neçə gün öncə separatçı rejimin “təhlükəsizlik şurasınının katibi” vəzifəsindən azad olunan Vitali Balasanyanın ardınca bu gün baş separatçı Araik Arutyunyanın “sərəncamı” ilə ciddi “kadr” dəyişikliyi baş verib.

Beləliklə, Araik Arutyunyan imzaladığı “sərəncam”larla Srbui Arzumanyan “artsax prezidentinin aparatı rəhbərinin birinci müavini” vəzifəsindən azad edilərək “ədliyyə naziri” təyin edilib.

Aram Sarkisyan “şəhərsalma naziri” təyin edilib.

David Babayan “artsax xarici işlər naziri” vəzifəsini icra edən vəzifəsindən azad edilib. Onun yerinə isə Sergey Qazaryan “xarici işlər naziri” təyin edilib.

Armen Manqasaryan “sosial inkişaf və miqrasiya naziri” təyin edilib.

Arutyunyan eyni zamanda Armen Manqasaryanı “Mənzil Məsələləri Komitəsinin sədri” vəzifəsindən azad edilməsi haqqında “hökumətin qərarı”nı təsdiqləyib. Bu vəzifə müvəqqəti olaraq “komitə sədrinin müavini” İnna İşxanyana həvalə edilib.

Baş verən “hakimiyyətə dəyişkliyi” separatçılar arasında ciddi fikir ayrılığının və parçalanmanın olmasından xəbər verir. Yaxın gələcəkdə “hakimiyyət çevrilişi”nin baş separatçı Araik Arutyunyanın başını yeyəcəyi istisna deyil.

“Avropa və ABŞ ölkələri Ermənistan tərəfinə münaqişənin həllində kömək etmək niyyətində deyil. Bu vəziyyətdə Ermənistanın KTMT ilə bağlı heç nə etməyəcəyi barədə bəyanatlar heç bir şəkildə Ermənistanı gücləndirmir. Bütün bunlar Paşinyan hökumətinin müttəfiqini dəyişmək kursunda olduğunu göstərir”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına açıqlamasında deyib.

O qeyd edib ki, Paşinyanın bütün oyunları Qərbi regiona cəlb etməyə xidmət edir: “İndi baş verənlərin hamısı Paşinyan hökumətinin manevrləridir, o, son altı ayda açıq şəkildə müttəfiqlərini dəyişmək üçün çalışır. Rusiyanın əvəzinə - Qərb. Bu bəyanatların səsləndirilməsi onların oyun oynamasından xəbər verir”.

Rusiyalı deputatın fikrincə, Paşinyan Qərbi, xüsusən də ABŞ, Fransanı bölgəyə cəlb etməklə Türkiyə və Azərbaycana qarşı qoymaq istəyir.

“Bu yolla da istəyinə nail olmağa çalışır. Amma onlar heç vaxt etməyiblər və etməyəcəklər də, mən buna əminəm. Çünki onlar üçün, xüsusən də ABŞ üçün ən vacibi Rusiyanı bu bölgədən çıxarmaqdır. Qalan hər şey - erməni əhalisinin və Qarabağın taleyi onları az maraqlandırır”, - o vurğualyıb.

Onun sözlərinə görə, Rusiya öz öhdəliklərini yerinə yetirməlidir və o onları yerinə yetirir. “Amma o (yəni-Rusiya-red), Qarabağ məsələsində ermənilərin və Ermənistanın yerinə hərəkət edə bilməz”, - Zatulin vurğulayıb.

“İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Ermənistanın baş naziri hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib.

“Regionun logistik əhəmiyyəti dəyişir, nəqliyyat əlaqələri daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər regionları ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin yenilənməsi üçün vacibdir”, - N.Paşinyan söyləyib.

Nikol Paşinyan fikrinin davamında qeyd edib ki, Ermənistan nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır.

İran Türkiyə, Suriya, Rusiya münasibətlərinin yaxınlaşmasından ciddi əndişə keçirməkdədir.
Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin görüşü, ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşmək niyyətinin olduğunu və bundan öncə hər üç ölkənin XİN başçılarının görüşəcəyini bəyan etməsi, Tehranı əməlli-başlı narahat etməyə başlayıb. Buna səbəb isə Suriya problemi ilə bağlı Astana prosesinin üzvü olan Tehranın oyundakənar vəziyyətdə qalmasıdır. İranın oyundankənar qalması isə Tehranın qıcıqlanmasına səbəb olub. Düzdür, yaranmış durumla bağlı öz etirazını açıq şəkildə bildirməsə də, hərəkətlərindən ciddi narahatlıq keçirdiyi ortadadır. Ona görə də proseslərdən kənarda qalmamaq üçün özünü gedən proseslərə pərçimləmək məqsədi ilə İran prezidentinin təcili olaraq Türkiyəyə səfəri hazırlanır.

İRNA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani prezident İbrahim Rəisinin Türkiyə və Suriyaya səfər edəcəyini bəyan edib.

“İran və Suriya hakimiyyəti arasında dialoq ən yüksək səviyyədə keçirilir, bizim əla münasibətlərimiz var. Dünən axşam (yəni yanvarın 8-də-red) iki ölkənin xarici işlər nazirləri arasında söhbət olub”, - deyə Kənani bildirib.
Rəsmi Tehranın açıqlaması deyilənlərin göstəricisidir. Tehranın bu prosesdə iştirakı bölgədə sülhə, sabitliyə, yoxsa gərginliyin davam etməsinə xidmət edəcəyini isə qarşıdakı səfər və səfərdə veriləcək bəyanatlar və hərəkətləri göstərəcək.

Livanda erməni keşişlə İranın bu ölkədəki səfiri arasında görüş olub.

İranın Livandakı səfiri Əmani ilə keşiş Aram arasında keçirilən görüşdə iki məsələ müzakirə edilib.

Bir saata yaxın davam edən görüşdə tərəflər birinci məsələ kimi Livandakı prezident seçkiləri, ikinci məsələ isə Qarabağ məsələsi, daha doğrusu son günlərdə Xankəndi-Laçın yolunda yaranmış vəziyyət olub.

Erməni patriarx iranlı diplomatdan İranın məsələyə müdaxiləsini vacib hesab edib.
Vəziyyətdən xəbərdar olan səfir erməni patriarxın müraciətini ölkəsinin hakimiyyət orqanlarına çatdıracağına söz verib.

ABŞ Prezidenti Co Baydenin ofisindən tapılan sənədlər ölkə gündəmində müzakirələrə səbəb olub.

Xarici xəbər verir ki, Baydenin keçmiş şəxsi ofisində qıfıllı şkafda saxlanılan sənədlər qısa zamanda ABŞ-da ajiotaj yaradıb.

Barak Obama administrasiyası dövrünə aid sənədlərlə bağlı ABŞ Ədliyyə Nazirliyi yoxlamalara başlayıb. Baydenin sözügedən ofisdən 2017-2019-cu illərdə istifadə etdiyi bildirilir.

Baydenin şəxsi müşaviri Riçard Sauber ofisdən çox az sayda gizli sənəd tapıldığını və dərhal dövlətin arxiv idarələri ilə əlaqə yaradıldığını deyib.

Co Baydenin gizli sənədləri məsuliyyətsizlik, yoxsa unutqanlıq ucbatından keçmiş ofisində unutması müzakirələrə səbəb olub.

Qeyd edək ki, Donald Tramp prezident olduğu dövrdə mülkündən gizli sənədlər tapıldığı üçün Co Bayden onu məsuliyyətsizlikdə ittiham etmişdi.

Xatırladaq ki, hazırkı ABŞ Prezidenti Bayden tez-tez qəribə hərəkətlər etməsi, unutqanlığı və boşluğa salam verməsi onun qocalığı ilə əlaqələndirilir.

“Moskva Kiyevlə müharibə aparmır: hazırkı toqquşma Qərbin ukraynalıların əli ilə Rusiyaya müqavimət göstərmək cəhdidir”.

“Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumentam i faktam”a müsahibəsində deyib.

“Ukraynada baş verənlər Moskva ilə Kiyev arasında toqquşma deyil, bu, NATO, hər şeydən əvvəl ABŞ və İngiltərə, Rusiya ilə hərbi qarşıdurmadır. Birbaşa təmasdan qorxaraq, NATO təlimatçıları ukraynalı oğlanları ölümə sürükləyirlər”, - Patruşev qeyd edib.

O əlavə edib ki, Ukrayna vətəndaşları Qərbin Rusiyaya qarşı əlləri ilə vuruşduğunu nə qədər tez başa düşsələr, bir o qədər çox insan həyatını xilas edəcək: “Çoxları bunu çoxdan dərk edib, amma repressiyalardan qorxaraq bunu demirlər. Qərb varlanmaq və başqa ambisiyaları hesabına kiminsə həyatını xilas etməyi planlaşdırmır. Eyni zamanda, amerikalılar, britaniyalılar və digər avropalılar tez-tez sivilizasiyanı barbarlıqdan qoruduqları illüziyası yaradırlar”.

Bolqarıstanda Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizəd olaraq irəli sürülən Nikolay Denkovun hökumət qura bilməməsinin ardından ölkədə növbədənkənar seçkilərin keçirilə biləcəyi gündəmə gəlib.

Publika.az xəbər verir ki, Bolqarıstanda baş nazir Kiril Petkovun koalisiya hökuməti 22 iyun 2022-ci ildə parlamentdə etimad səsverməsini itirdikdən sonra hökumət böhranı davam edir.

Hökumətin süqutundan sonra parlamentdə ən çox deputatı olan partiyalara müvafiq olaraq hökuməti qurmaq tapşırığı verilib, halbuki indiyədək heç bir partiya hökuməti formalaşdıra bilməyib.

Prezident Rumen Radevin hökuməti qurmaq tapşırığını verdiyi Dəyişikliyə Davam Partiyası da razılığa gələ bilməyib. Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizədliyi irəli sürülmüş Nikolay Denkov hökuməti qurmaq vəzifəsini prezident Radevə qaytarıb.

Bolqarıstan Konstitusiyasına görə, prezident kabinetin formalaşdırılması vəzifəsini müvafiq olaraq birinci və ikinci ən böyük partiyaya, kabineti formalaşdıra bilmədikdə isə öz seçdiyi üçüncü tərəfə tapşıra bilər.

Bolqarıstan Parlamentində üçüncü ən böyük partiya üzvlərinin əksəriyyəti türklərdən ibarət olan və 36 deputatı olan Haqq və Azadlıqlar Hərəkatıdır (HÖH).

Lakin prezident Radevin hökuməti qurmaq tapşırığını HÖH-ə deyil, 20 deputatı olan Demokratik Bolqarıstan Partiyasına verəcəyi gözlənilir. HÖH vitse-prezidenti Yordan Tsonev Bolqarıstan mətbuatına verdiyi açıqlamada bildirib ki, reputasiya ən məntiqli addımdır. Hökuməti qurmaqda ən çox təcrübəyə malik olan partiya HÖH-dür. Əksər müsəlmanlar, bolqar türkləri, bolqarlar və digər etnik qruplar 30 ildir ki, HÖH-ə öz siyasi təmsilçiliyi kimi baxırlar. Bu insanlara hörmətsizlikdir.

Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyətdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi haqqında da fikirlərini bildirib.

O qeyd edib ki, Cənubi Qafqaz haqqında düşünür və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə çatmaq üçün vacib addımlardan biri atəşin dayanması ilə bağlı əldə olunmuş razılaşmalara (10 noyabr 2020-ci il üçtərəfli bəyanatı nəzərdə tutulur) hörmət etməkdir.

Xəbər lenti