Ukrayna ordusunun Donetskin Makeyevkaya zərbəsi nəticəsində xeyli sayda rus hərbçisi öldürülüb. Rusiya yalnız 89-nun öldüyünü rəsmi şəkildə etiraf edib

Ukrayna ordusu Donetskin Makeyevkaya zərbəsi nəticəsində hərbi səfərbərliyə çağırılan iki yüzə yaxın hərbçisi ölüb və yaralanıb.

“Lenta.ru”nun verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri Donetsk yaxınlığındakı Makeyevkaya səfərbərliyə çağrılan hərbçilərin yerləşdiyi peşə məktəbinə HİMARS raket zərbəsi endirib.

Rusiya Müdafiə Nazirliyi alay komandirinin müavini polkovnik-leytenant Baçurin də daxil olmaqla 89 hərbçinin həlak olduğu etiraf edilib.

Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarə rəisinin birinci müavini general-leytenantı Sergey Sevryukov “Lenta.ru”ya bildirib ki, Donetskin Makeyevka şəhərində baş vermiş faciəyə görə məsuliyyət daşıyan məmurlar istintaqdan sonra cavab verəcəklər. Onun sözlərinə görə, Rusiya hərbçiləri gələcəkdə belə halların təkrarlanmaması üçün hazırda bütün lazımi tədbirləri görür.

Yaralanan hərbçilər Rusiyanın digər bölgələrinə köçürülüb. Samaradan səfərbərliyə çağrılanlar 70-dək hərbçi isə müalicə olunmaq üçün evlərinə göndəriləcək.

Digər bir məlumata görə, hərbçilər mobil telefondan istifadə etdikləri üçün yerləri müəyyən olunub. Əlavə olaraq bununla bağlı məsul şəxslər barədə araşdırılma aparılır.

Rusiya tərəfinin hadisəyə geniş miqyasda reaksiyası irəli sürülən “400 hərbçi ölüb” ehtimalını daha da artırır.

İranın Ali Rəhbəri Əli Xameneyi ölkədə yaranan hicab qalmaqalı fonunda sözügedən məsələ ilə bağlı mövqeyini açıqlayıb.

O, hicabla saçlarını tam örtməyən qadınların dinsiz olmadığı söyləyib.

“Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır. Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şək və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riyayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz”, - deyə Xameneyi bildirib.

Ekspertlər hesab edir ki, onun bu çıxışı ilə hökumətin hicabla bağlı mövqeyinin yumşaldığını göstərir.

Prezident çıxış edərkən nazirin pilləkəndə əyləşməsi diqqət çəkib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasıməm (AKP) qrup toplantısında çıxışı zamanı bir çox maraqlı anlar yaşanıb.

Onlardan biri isə daxili işlər naziri Süleyman Soylunun salondakı pilləkəndə əyləşməsi olub. Onun üçün xüsusi yer ayrılmasına baxmayaraq, bu addımı atması, müzakirələrə yol açıb.


Fransa səfiri İran XİN-ə çağırılıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.

Kənani bildirib ki, Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən sonra Fransanın İran İslam Respublikasındakı səfiri bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.

Kənani İran tərəfin kəskin etirazını Fransa hökumətinə çatdırdığını bildirərək əlavə edib: “İran İslam Respublikası onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqlarının müqəddəsliklərini təhqir etməyə haqqı yoxdur.”

Kənani İran İslam Respublikasının mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirərək, bununla bağlı ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi etiraz notasını Fransa səfirinə təqdim etdiyini bildirib.

“İran İslam Respublikası Fransa nəşrinin qəbuledilməz davranışını pisləmək üçün Fransa hökumətinin izahatını və təzminat xarakterli cavabını gözləyir“, - sözçü qeyd edib.

Qeyd edək ki, məşhur fransız satirik jurnalı "Charlie Hebdo" İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.

Missuri ştatı ABŞ tarixində ilk dəfə transgender qadının edamını həyata keçirib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, 2003-cü ildə adam öldürməkdə təqsirli bilinən 49 yaşlı Amber Maklafinə ölümcül iynə vurulub.

Telekanalın məlumatına görə, Maklafinin vəkilləri cəzanın yüngülləşdirilməsi üçün respublikaçı qubernator Mayk Parsona müraciət edib.

Müdafiəçilər bildirib ki, məhkum əqli gerilik, psixi sağlamlıq problemləri və uşaqlıq travması keçirib.

Qeyd edilib ki, Maklafin 2003-cü ildə qətl və zorlamaya görə ölüm cəzasına məhkum edilib.(konkret.az)

ABŞ-da Konqres Araşdırma Xidməti adlı təşkilat ABŞ qanunverici orqanının üzvləri üçün Türkiyə-ABŞ münasibətləri ilə bağlı hesabat hazırlayıb.

“Hürriyet” xəbər verir ki, 68 səhifəlik hesabatda 2016-cı ildə Türkiyədə uğursuz çevriliş cəhdindən sonra ABŞ-Türkiyə münasibətlərinin pisləşdiyi qeyd edilib.

Əsas problemlər Suriya kürdləri ilə bağlı davam edən fikir ayrılıqları və Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 müdafiə sistemini alması olub.

Bildirilib ki, 2023-cü ildə keçiriləcək prezident seçkilərində hakimiyyətə fərqli lider gələrsə, Türkiyədə bəzi daxili və xarici siyasət dəyişiklikləri mümkün ola bilər.

Hesabatda Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı Amerika Konqresinə müxtəlif tövsiyələr verilib.

Türkiyənin İstanbul şəhərini Avropa və Asiya hissələrinə ayıran İstanbul (Bosfor) boğazında qatı duman səbəbindən gəmilərin hərəkəti dayandırılıb.

Oxu.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd edilir ki, boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra gediş-gəliş bərpa olunacaq.

“Rusiyada səfərbərliyin ikinci dalğası başlayır. Bunun sayəsində Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni hücum üçün ehtiyat qüvvə yığmağa ümid edir. Lakin lazımi sayda “çağırışçılar”lərin cəlb edilməsi Kreml üçün çox çətin məsələ ola bilər”.

Bunu TSN “Youtube” kanalında yayımlanan ümumukrayna telemarafonunda ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bir gündən sonra səfərbərliyin başlanması gözlənilir. Səfərbərlik indi də davam edir. Sadəcə yanvar ayında əhəmiyyətli dərəcədə artacaq, çünki bu gün keçirdikləri “yığım” artıq kifayət etmir”, - deyə ekspert qeyd edib.

Jdanov Rusiya Federasiyasında səfərbərliyin birinci və ikinci dalğalarının fərqlərindən danışıb.

“Birinci dalğada döyüşmək istəyənlər, ideoloji meylli insanlar olacaq. Həmçinin çağırış vərəqəsini alıb birinci dalğaya gedənlər qanuna tabe olan vətəndaşlar olacaq. Daha ağıllı olanlar və döyüşmək istəməyənlər isə indi xaricdədir... Və ikinci dalğaya düşənlər - qaçacaqlar, onları tutmaq üçün itlərlə qovalayacaqlar.

Ekspert qeyd edib ki, Rusiya lazımi sayı əldə edə bilmədiyini anladığı üçün sərhədi bağlamaq istəyir. Onun fikrincə, çağırışçıların yetməzliyi müəyyən olunmuş tarixdə yeni hücumla bağlı hazırlığın aşağı olmasına səbəb ola bilər.

“Həmçinin bu səbəbdən fevral-mart aylarında Putinin ortaya çıxarmağa heç bir qüvvəsi olmaya bilər. O hətta 200 min deyil, 100 min çıxaracaq və hərbçilər də tankların üzərində deyil, yük maşınlarında olacaq”, - deyə ekspert əlavə edib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının yanvarın 5-də başlada biləcək yeni səfərbərlik dalğası barədə məlumat vermişdi.

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan, hərbi hissə komandirləri Arsen Abqaryan, Sarkis Kulakçyan və hərbi hissədə şöbə müdiri olmuş Ellada Arutunyanın işi üzrə keçirilən iclasda ittiham aktı açıqlanıb.

İttihama görə, müharibədə Zəngilanda xüsusi döyüş tapşırığına cavabdeh olan general Makaryan Arsen Abqaryanın dəstəsinin mühasirəyə alındığını öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və Qafana qayıdıb.

Bütün bunların nəticəsində Abqaryanın rəhbərlik etdiyi “kimyaçıların hərbi hissəsi”nin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si öldürülüb, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb.

General Andranik Makaryan bununla bağlı olaraq səhlənkarlıqda ittiham olunur və onu 7 ildən 13 ilə qədər həbs gözləyir.

Məşhur “Al Jazeera” nəşri Ukraynada yaşayan azərbaycanlı ailədən, onların müharibə dövründə üzləşdikləri problemlərdən, fədakarlıqlarından yazıb.

“Report” xəbər verir ki, reportajda Ukraynada döyüşlərin davam etdiyi, Mariupolda sağ qalanların Kiyevdə həyatı bərpa etdiyi bildirilir.

Qeyd edilir ki, əslən azərbaycanlı Ülvi Zülfili Mariupolun Rusiya hərbçilərinin mühasirəsində olarkən çətinliklə sağ qala bilib.

Ukraynanın cənubundakı Mariupol şəhərində Ülvi Zülfilinin şahidi olduğu partlayış onun günlərlə nitqində problemlər yaradıb, gənc danışarkən kəkələyib.

Martın ortalarında yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar Mariupol Dram Teatrının zirzəmisinə toplaşaraq, gündə yüzlərlə insanın həyatına son qoyan Rusiya hərbçilərinin şiddətli atəşindən gizləndilər.

Teatrın yanında iki metrlik hərflərlə “uşaqlar” yazısı olan lövhələrin olmasına baxmayaraq, bina martın 16-da Rusiya qırıcısı tərəfindən bombalanıb.

Ukrayna rəsmiləri və mediasının məlumatına görə, bombardmanlar nəticəsində 600-ə qədər insan həlak olub.

“Həmin tutqun, soyuq səhərdə Zülfili velosipedi ilə Mariupolun mərkəzinə tərəf getdi ki, dostunun yeni doğulan oğluna süd qarışığı olan yemək tapsın, çünki stresdən əziyyət çəkən anası körpəyə ana südü verə bilmir.

O, qanadlı raketin mərmər sütunlu ağ teatra dəydiyini görüb. Tüstü və toz qonşu supermarketdən iki dəfə yüksəyə qalxıb. O, dəhşətə gəldi və heç bir səs eşidə bilmədi”, - nəşr qeyd edib.

"Ən qəribə an odur ki, hadisəni görürsünüz, amma onu eşitmirsiniz, "Yaşayıb-yaşamadığını deyə bilməzsən", - 26 yaşlı gənc “Al Jazeera”yə müsahibəsində deyib.

“Bir anda səs partlayıcı dalğa ilə sizə çatır. O, demək olar, sənin paltarını cıracaq. Başa düşürsən ki, sağsan və qaçmalısan”, - Ülvi Zülfili əlavə edib.

Reportajda qeyd edilir ki, Ülvi Zülfili Azərbaycandan Ukraynaya dörd yaşında ikən gəlib və hələ də erkən uşaqlıq illərini - at sürdüyü və vətənini Cənubi Qafqazda dünyanın ən qədim neft hasil edən ölkələrindən birinə çevirən neft buruqlarını gördüyü anları xatırlayır.

Eyni zamanda 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında silahlı münaqişəyə toxunulur. 1994-cü ildə iki ölkə arasında atəşkəsin imzalanmasına baxmayaraq, demək olar, hər il döyüşlərin olduğu xatırlanır.

Qeyd edilir ki, 90-cı illərdə Ukraynaya köçən Elşad Zülfili bir neçə il əvvəl Mariupolda ərzaq mağazası açıb. O, 2005-ci ildə dükanında ürək tutmasından dünyasını dəyişib və ailəni Ülvi dolandırmağa başlayıb.

Zülfili ailəsinin yaşadığı məhəllə müharibə dövründə Mariupol şəhərinin mərkəzindəki yaşayış binalarından daha az zərər çəkmişdi, lakin onun ailəsi hələ də buzlu zirzəmidə yatmağa üstünlük verirdi və günə hər səhər od yandırmaqla, su qaynatmaqla və samovarda çay dəmləməklə başlayırdı.

Zülfili cərrahi əməliyyatdan sonra çətinliklə yeriyən yaşlı qonşusuna kömək edib:

“Müharibə bütün qonşuları birləşdirdi, onlar bir-birinə su, qida, odunla kömək etdilər.

Zülfili dəniz kənarındakı bulaqlara gedir, qonşuları plastik butulkalarını, kanistrlərini doldurmaq üçün onun maşınının yük yerinə qoyur”.

Onlar müharibə ilə əlaqədar çətinliklə Kiyevin şimal kənarındakı yaşayış məntəqələrindən birində mənzilə köçüblər.

“Anam əsəbidir, çünki iş tapa bilmir, kömək edə bilmir”, - Zülfili deyib.

Qeyd edilir ki, Zülfillinin sevgilisi Almaniyaya gedib, o, vətən həsrəti, darıxdırıcılıq və maddi yardım etmək arzusundan sıxılan 56 yaşlı anası İradə ilə birlikdə yaşayır.

Xəbər lenti