![]() |
|
"Kızılelma"nın səsdən sürətli (hipersəs) variantını hazırlamağı planlaşdırırıq.
Musavat.com xəbər verir ki, bu barədə "Baykar" şirkətinin rəhbəri Səlçuk Bayraktar məlumat verib.
O bildirib ki, "Kızılelma" qırıcı təyyarələrə qarşı döyüşə biləcək.
“Kızılelma", yoxsa F-35?
Səlçuk Bayraktar qeyd edib ki, hələ ilk uçuşunu etmiş bir "Kızılelma"nı bir çox ölkədə çoxdan istifadəyə verilmiş bir təyyarə ilə müqayisə etmək çox doğru olmaya bilər, lakin "Kızılelma" tam istifadəyə hazır olduqda F-35-dən bəzi xüsusiyyətlərinə görə üstün olacaq:
"Əvvəla, bu, pilotsuz, xaricdən idarə olunan təyyarədir. 5-ci nəsil təyyarələr çox inkişaf etmiş radar və sursata malikdir. "Kızılelma" isə gələcəkdə 5-ci nəsil təyyarələri geridə qoyacaq. Bundan əlavə, çox sürətlidir, hətta səsdən sürətli variant hazırlamağı da düşünürük".
Şirkət rəhbəri bildirib ki, bütün bunlardan əlavə, "Kızılelma" aqressiv manevrlər edəcək.
"Kızılelma"nın xüsusiyyətləri
Əsas uçuş performansları
500 Nm vəzifə radiusu
35.000 fut əməliyyat hündürlüyü
5 saat havada qalmaq
6 ton maksimum uçuş çəkisi
0,6 mach müşahidə sürəti
1500 kq yükgötürmə qabiliyyəti
Qabaqcıl xüsusiyyətlər
Avtomatik enmə və qalxma
Aşağı görünürlük
Yüksək manevr qabiliyyəti
Görmə Xətti Əlaqəsi
Qısa uçuş-enmə zolağında olan təyyarə daşıyıcılarından qalxma və enmə qabiliyyəti
AESA Radar ilə yüksək situasiya məlumatlılığı
Bolqarıstanın “Bulgargaz” şirkəti ilə Türkiyənin dövlət şirkəti “Botaş” çərşənbə axşamı terminallara və türk şirkətinin qaz nəqli şəbəkəsinə çıxışı təmin edən qaz müqaviləsi imzalayıb.
Rəsmi mərasim Bolqarıstan hökumətinin binasında iki ölkənin energetika nazirləri Rosen Xristov və Fatih Dönmezin iştirakı ilə baş tutub.
Dönməz isə 2023-cü ilin ilk növbədə enerji sahəsində ikitərəfli əlaqələrin inkişafında məhsuldar olmasını arzulayıb və qaz müqaviləsinin 13 il müddətinə imzalandığını bildirib.
“İmzalanmış saziş 13 il müddətinə qüvvədədir, hər il 1,5 milyard kubmetr qazın tranziti təmin ediləcək. Avropaya və Bolqarıstana tədarükün təhlükəsizliyinə böyük ölçüdə təminat veriləcək. Ümumi səylər sayəsində bu qaz həcmi təmin ediləcək və bəlkə də artırılacaq”, - Dönməz vurğulayıb.
O qeyd edib ki, Bolqarıstanla saziş Türkiyəyə qaz nəqli mərkəzi olmaq yolunda daha bir addım atmağa imkan verir.
Mənbə: TASS
Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.
Bu barədə ölkə Prezidenti Jair Bolsonaro fərman imzalayıb.
Bundan başqa, Bolsonaro tviter hesabında paylaşım edərək Pelenin ailəsinə başsağlığı verib.
“Pele futbolu sənətə və əyləncəyə çevirdi, futbolla Braziliyanın adını dünyaya duyurdu” - Bolsonaro paylaşımında qeyd edib.
Qeyd edək ki, Pele ötən gün vəfat edib.(Qafqazinfo)
Qazaxıstan Parlamentinin Senatı üç məcəlləyə və səkkiz qanuna korrupsiyaya qarşı mübarizə ilə bağlı düzəlişləri qəbul edib. Düzəlişlərdən biri xərcləri rəsmi gəlirindən çox olan məmurların işdən azad edilməsini nəzərdə tutur.
Publika.az xəbər verir ki, dəyişikliklər, həmçinin dövlət qulluqçularının, onlara bərabər tutulan şəxslərin və həyat yoldaşlarının qanunsuz varlanmasına görə cərimələrin məbləğini müəyyən edir. Eyni zamanda xərcləri illik gəlirini üstələyən məmuru üç il dövlət qulluğunda işləməkdən məhrum edən “karyera cəzası” gözləyir. Buna baxmayaraq, hər bir halda məmura xərclərinin qanuniliyini əsaslandırmaq imkanı veriləcək.
Hazırda imzalanması üçün prezidentə göndərilən dəyişikliklər paketi 2027-ci ildən qüvvəyə minəcək.
Demokratik dünyanın böyük əksəriyyəti Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləsə və bu ölkəyə kömək etsə də, Ermənistan hakimiyyəti rus işğalçıları ilə iqtisadi, siyasi və hərbi sahədə uğurlu tərəfdaşlıq etdiyini bildirir.
Teleqraf.com bildirir ki, bu barədə Ukraynanın "Unian" saytı yazır.
"Ermənistan pis iradə nümayiş etdirir" adlı məqalədə qeyd olunur:
"Noyabrın 23-də bütün dünya rusların növbəti hücumundan titrədi: Zaporoje vilayətinin Vilnyansk şəhərində xəstəxanaya raket atılması nəticəsində yeni doğulmuş körpə, Kiyev vilayətinin Vışqorod şəhərində isə 7 nəfər öldü. Həmin gün Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Putini qəbul edərək işğalçı ölkə ilə sadiq dostluq və müttəfiqlik münasibətlərinə və strateji tərəfdaşlığa and içdi.
Paşinyan Qərbə inteqrasiyaya hazır olduğu təəssüratı yaratsa da, Rusiyanın ən yaxın müttəfiq olduğunu təkrarlamaqdan yorulmur. Parlamentin vitse-spikeri Arşakyan da bu sözlərlə ona qoşulur: "Ölkələrimizin fundamental beynəlxalq məsələlərdə mövqeləri yaxındır və ya üst-üstə düşür".
İstinad nöqtələrini birləşdirmək və Kremli sevindirmək üçün Ukraynada müharibə başlayandan bəri Paşinyan 4 dəfə Rusiyaya səfər edib, 5 dəfə Kreml diktatoru ilə görüşüb və onunla 15 dəfə telefonla əlaqə saxlayıb. Demokratik Ukraynaya qarşı təcavüz fonunda Rusiya ilə Ermənistan arasında hərbi tərəfdaşlıq daim dərinləşir. Ermənistanın müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi və baş qərargah rəisi də bir neçə dəfə Moskvaya səfər edib.
Payızın əvvəlində birgə hərbi təlimlər keçirilib və dekabrın 9-da 2023-cü il üçün hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Buna görə də Ermənistan hakimiyyəti beynəlxalq hüquqların pozulması ilə bağlı istənilən iddiaları "Rusiyaya hücum kimi qiymətləndirməyi" təklif edir.
Ermənistan böyük ehtimalla belə sıx hərbi əməkdaşlığın bəhrələrindən Azərbaycan ərazisində separatizmi gücləndirmək üçün istifadə edəcək. Bütün bunlar ona görədir ki, separatçı anklavın qondarma xarici işlər nazirinin fikrincə, Rusiya və Ermənistan "ümumi geosiyasi cəbhə"yə malikdir. Ona görə də Kremlin məqsədi qonşu ölkələrdə hərbi bazalar yaratmaq və saxlamaqdır. Bu cür "geosiyasət"in bariz sübutu təkcə Qarabağ deyil, həm də Ukrayna ərazisində psevdorespublikaların tanınmasıdır".
Ukrayna nəşri bildirir ki, Qarabağdakı separatçı rejim Rusiyanın Ukraynaya təcavüzünü təkcə sözdə deyil, fəal şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir:
"Qarabağdakı separatçı rejim artıq Ukraynadakı rus işğalçılarına bir neçə ton ərzaq göndərib. Bu, həm də beynəlxalq ictimaiyyət tərəfindən pis niyyət jesti kimi dəyərləndirilir. Amma Ermənistan ağasının, rus diktatorun rəğbətini itirməmək üçün hər şeyə hazırdır.
Vəziyyətin rüsvayçı tərəfi budur ki, Ermənistan hakimiyyəti və ölkə daxilindəki kremlpərəst separatçılar özlərini Ukrayna ilə eyniləşdirir və bütün dünyanı Ermənistanın Qarabağ münaqişəsinin "qurban"ı olduğuna inandırırlar. Amma hər kəsə aydındır ki, hərbi münaqişələrin qurbanları Ukrayna və Azərbaycandır və onların ortaq düşməni var - Rusiya və onun Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar kimi ortaqları".
Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub. Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.
Rusiya Federasiyası, Türkiyə və Suriya müdafiə nazirləri Moskvada üçtərəfli danışıqlar apararaq, Suriya böhranının həlli yollarından danışılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Suriya böhranı və qaçqınlar probleminin həlli yolları, Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə edilib.
Görüşün yekunları üzrə tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Çində artan COVID-19 yoluxmaları dünyanın ən böyük xam neft idxalçısı üçün yanacağa tələbatın bərpası ümidlərini azaltdığından neft qiymətləri cümə axşamı günü aşağı düşüb.
"Fevral ayı üçün "Brent" fyuçersləri 0,26 dollar və ya 0,3% ucuzlaşaraq 1 barel üçün 83,00 dollara, ABŞ xam nefti (WTI) isə 0,26 dollar və ya 0,3% ucuzlaşaraq 78,70 dollara düşüb.
Epidemiyanın miqyası və rəsmi məlumatlara dair şübhələr bəzi ölkələri Çin ziyarətçiləri üçün yeni səyahət qaydaları qəbul etməyə vadar edib.
Həmçinin Federal Ehtiyat Sisteminin (FED) qiymət artımını məhdudlaşdırmağa çalışması ABŞ-da növbəti faiz artımı gözləntiləri yaradıb ki, bu da neft bazarına mənfi təsir göstərib..
Bazar mənbələrinin Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın xam neft ehtiyatları dekabrın 23-də bitən həftədə gözləniləndən az, təxminən 1,3 milyon barel azalıb.
“Hazırda Ukraynada ABŞ-nin yüzlərlə hərbi qulluqçusu yerləşdirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük oyun” proqramına müsahibəsində deyib.
“Onlarla, bəlkə də yüzlərlə Amerika əsgəri Ukraynadadır, onlar çevrilişdən əvvəl də orada olublar”, - deyə nazir bildirib.
Lavrov əminliklə qeyd edib ki, hazırda Ukraynanın paytaxtında ABŞ hərbi attaşesinin əhəmiyyətli ofisi var və Kiyev rəhbərliyinə “birbaşa məsləhətçi, bəlkə də məsləhətçilikdən daha çox” xidmət göstərir.