|
Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Hazırkı pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub. Səfir Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik ənənələri, müəyyən etdiyi uzaqgörən siyasəti və atdığı müdrik addımların bu gün bu tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qeyd edib. E.Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Ulu Öndərin bu arzusunu bu gün Prezident İlham Əliyevin reallaşdırdığını bildirib. Səfir əlavə edib ki, bu gün torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının böyük qələbəsidir və bu qələbə Ulu Öndərin də ruhunu şad edib.
Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.
Türkiyəli nazirin “Twitter” hesabından etdiyi paylaşımda qeyd olunur:
“Vəfatının 17-ci ildönümündə cənnətməkan Heydər Əliyevi rəhmət və hörmətlə anırıq. Bizlərə miras buraxdığı “Bir millət, iki dövlət” şüarı daim yaşayacaq!
Rahat yat, ümummili lider, Qarabağ Azərbaycandır!”.
Diplomatik nümayəndəlikdən "Ölkə.Az"a verilən məlumata görə, tədbirdə ilk öncə ulu öndərin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ölkəmizin dövlətçiliyinin qorunub-saxlanmasında və müstəqilliyin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib.
Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsində Azərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını və bu müdrik siyasəti uğurla davam etdirən ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını bildirib.
Səfir builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu ondər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüynün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.
Bu fikirləri Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan erməni mətbuatına açıqlamasında deyib. Dağlıq Qarabağın son statusuna toxunan Edvard Nalbandyan qeyd edib ki, “İndi Azərbaycanın gündəmində status məsələsi yoxdur. Üstəlik, Bakıda keçirilən hərbi parad zamanı Bakı yeni ərazi iddiaları irəli sürür”. konkret.az
Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladı, general-polkovnik Seyran Ohanyan ("Axsaq Seyran”) Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtara bilib.
Ohanyan özü bu haqda "ArmNews" saytına müsahibəsində danışıb.
Bundan əvvəl Ermənistan mətbuatında şaiyələr yayılıb ki, Şuşanın müdafiəsinə rəhbərliyi üzərinə götürsə də Seyran Ohanyan döyüşdən qaçıb.
Lakin o deyir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etmirdi. Oraya öz təşəbbüsü ilə getmişdi və "dqr müdafiə ordusunun komandanlığı ilə əlaqəsi yox idi”.
"Mən Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim, biz 16 nəfər idik. Mən onların hamısından yaşlı idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərdilər (bu "qəhrəmanlığın” nədən ibarət olduğu açıqlanmır-red.), həlak oldular. Onların taktikası sayəsində biz mühasirədən çıxa bildik”, - Ohanyan deyib.
Keçmiş nazir Şuşadan qaçdığı haqda şaiyələrə ironik münasibət bildirib. Deyib ki, onun fiziki vəziyyəti (ayağının birini Birinci Qarabağ müharibəsində itirdiyi üçün protezlə gəzir,-red.) və yaşı bunu etməyə imkan vermədi.
"Əsgərlər bir neçə dəfə məni şəhərdən çıxarmağı təklif elədilər. Lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq”,- Ohanyan belə deyib.
Ohanyan habelə Şuşanın guya "satıldığı” barədə hazırda Ermənistanda geniş müzakirə olunan iddiaları rədd edib. Deyib ki, şəhər satqınlıq nəticəsində deyil, Azərbaycan ordusunun üstünlüyü sayəsində əldən verilib. Ohanyanın bildirdiyi kimi, Azərbaycan ordusu həm sayca, həm texniki imkanlar baxımından xeyli üstün idi, PUA-lar isə havada dominantlıq edirdi. "Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər, döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu”,- o deyib.
Xatırladaq ki, noyabrın əvvəllərində Ohanyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın qərargahında görünmüşdü. Həmin toplantıda "Şuşanın müdafiəsi əməliyyatının” müzakirə olunduğu açıqlanmışdı. Lakin çox keçmədi ki, Azərbaycan xüsusi təyinatlıları Daşaltı qayalıqlarından qalxaraq qala-şəhərə, düşmənin arasına girdi və cəmi iki günə onu pərən-pərən saldı. Bu zaman Ohanyanın olduğu komanda məntəqəsinə də artilleriya zərbəsi endirilmişdi və onun öldüyü barədə xəbərlər yayılmışdı. Daha sonra Ohanyan bildirdi ki, "köməkçisi yaralanıb”, amma özü sağdır.
Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, o cümlədən 1992-ci ilin mayında Şuşanın işğalına rəhbərlik edənlərdən biri idi (virtualaz.org).
Bu barədə Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.
“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan 1816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir”.
Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib. sputnik
Ohanyan orduda heç bir rəsmi fəaliyyət göstərmədiyini bildirib.
"Mənim ordudakılarla heç bir əlaqəm yox idi. Oraya könüllü gedərək hərbi əməliyyatlarla bağlı məsləhətlər, təkliflər verməyə çalışdım. Lakin sonradan mənim komandanlıqda heç bir haqqımın olmadığına qərar verdilər.
Düşmən Şuşaya yaxınlaşanda və biz 3 tərəfdən mühasirəyə alındığımız zaman mənlə birlikdə 16 nəfər var idi. Mən artıq yaşlıyam, fiziki durumum çox şeyə imkan vermir. İnsanlar yanımdan keçib gedəndə nə etməli olduqlarını soruşurdular. Onlara deyirdim ki, “Qaçın! Gedin”, - Ohanyan vurğulayıb.propress
Bu barədə "Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə “Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, bu gün müxalif Daşnaksütun Partiyasından olan aksiya iştirakçıları Paşinyanın da oturduğu hökumət binasını basmağa çalışıblar. Onlar müxtəlif şüarlar səsləndirərək Nikol Paşinyanı Azərbaycana işləməkdə suçlayıblar.
"Nikol, sən türklərin maraqlarının xidmətçisisən. Satqın Nikol, rədd ol!", - deyə etirazçılar meqafonla qışqırıblar. Daha sonra onların qarşısı alınıb və hökumət binasına daxil olmaq cəhdləri baş tutmayıb.
Həmçinin N.Paşinyanın olduğu avtomobilə yumurta atılıb.