|
Türk lirəsi əsl dəyərindən də aşağıdır.
Axar.az xəbər verir ki, bu barədə Vaşinqtonun Beynəlxalq Maliyyə İnstitutunun hesabatında bildirilib.
Hesabatda o da vurğulanır ki, lirədə yaşanan itki ixracda artıma, idxalda isə azalmaya səbəb olacaq və bu da Türkiyənin cari kəsirinin azalacağını göstərir.
İİFİN-nin "İqtisadi fikirlər: Türkiyənin balans tarazlığı görüntüsü" başlığında yayımladığı hesabatda Türkiyənin olduğu durumdan qərarlı və siyasi addımlarla, eləcə də ABŞ-la yaşanan gərginliyi yatırmaqla çıxmağın mümkün olacağı vurğulanıb.