|
Türkiyənin Avropa İttifaqı ilə münasibətləri normallaşmağa başlayır.
Ankara bu qurumla viza rejiminin sadələşdirilməsinə dair danışıqları davam etdirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Avropa İttifaqı ilə münasibətlərimiz daha sağlam zəmində normallaşır. Biz viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqları davam etdirmək niyyətindəyik. Qarşıdakı günlərdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans arasında görüş baş tutacaq”, - Çavuşoğlu bildirib.