|
Kimlərsə bizi guya iqtisadiyyat, sanksiya, məzənnə, depozit, faiz və inflyasiya ilə təhdid edir. Onlara deyirik ki, oynadığınız oyunu gördük və sizə meydan oxuyuruq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxışı zamanı deyib.
“Bilirik ki, iman varsa, imkan da vardır. Millətimiz bu günə qədər neçə-neçə xəyanətləri, tələləri həmişə imanı ilə boğmuşdur. Qısa çöpün uzun çöpdən haqqını alacağına inanmışıq, inanmağa da davam edəcəyik. Dünyanı talayaraq öz rifahlarını quranlara boyun əymədik, əymərik”, - Ərdoğan bildirib.