|
ABŞ Prezidenti Donald Trampın fəaliyyəti Rusiya və Almaniya arasındakı münasibətlərin yaxşılaşmasına gətirib çıxardı.
Axar.az xəbər verir ki, bu barədə “Handelsblatt” nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ-ın İranla nüvə sazişindən çıxması qanunauyğun şəkildə Rusiya və Almaniyanın da yaxınlaşmasına səbəb oldu. Merkel və Putinin qarşıdan gələn görüşü isə dünyadakı vəziyyətin normallaşma prosesinin başlanğıcı ola bilər. Belə ki, görüş zamanı liderlər Trampın gözlənilməz hərəkətlərinə görə, bir sıra məsələlərdə kompromisə gedə bilərlər.