|
İrəvanın Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilər sentyabrın 23-də baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan danışıb.
Məlumata görə, avqustun 29-na qədər partiyalar öz namizədlərini qeydiyyatdan keçirə bilər, sentyabrın 10-dan etibarən isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq.
Seçkilərin işıqlandırılması üçün mətbuat nümayəndələri sentyabrın 8-nə kimi qeydiyyatdan keçməlidir. MSK isə sentyabrın 30-na qədər səsləri saymalı və rəsmi nəticələri elan etməlidir.
Şəhər meri postuna Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından komediya aktyoru Hayk Marutyanın namizədliyi irəli sürüləcək. İkinci namizəd isə "Çarukyan" fraksiyasından deputat Naira Zoqrabyandır.
Xatırladaq ki, İrəvanın sabiq meri Taron Marqaryan iyulun 9-da vəzifəsindən imtina edib. Daha əvvəl paytaxtda onun istefası tələbi ilə etiraz aksiyası keçirilmişdi.