|
Rusiya Prezidenti Vladimir Putinin Mətbuat katibi Dmitri Peskov dövlət başçısının koronavirusa qarşı peyvəndlənməsi ilə bağlı sualı cavablandırıb.
“TASS” agentliyi xəbərinə görə, Peskov bildirib ki, əgər ehtiyac yaranarsa, Prezident özü bu barədə məlumat verəcək.
“Əgər o lazımlı hesab edərsə, özü sizə bu barədə məlumat verəcək”, - deyə Kremlin sözçüsü müvafiq sualı cavablayıb.
Xatırladaq ki, 11 avqustda Vladimir Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini və qızlarından birinin vaksin vurdurduğunu açıqlamışdı.