|
"Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqavimətilə Qarabağ tezliklə azad olunacaq".
APA xəbər verir ki o, bunu İran parlamentində Ərdəbil əyalətindən olan deputatların assambleyasının sədri Seyid Kazim Musəvi deyib.
O özünün "Twitter" səhifəsində Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyə münasibət bildirərək deyib ki, işğalçı ermənilərlə qarşıdurmada azərbaycanlı əsgərlərdən bir neçəsinin şəhid olması ilə bağlı aldığı məlumatdan çox narahat və kədərlidir: "Bu vasitə ilə Azərbaycanın müsəlman xalqına başsağlığı verirəm. Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqaviməti sayəsində Qarabağ tezliklə azad olunacaq".