Kolumbiyanın aparıcı KİV-lərindən “Extra Bogota” və “HSB Noticias” qəzetlərində Azərbaycanın bu ölkədəki səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqda müsahibəsi dərc olunub.
Səfirlikdən  bildirilib ki, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqları formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Son bir ay ərzində Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunanların Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

Bildirib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin formulu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimzidən çıxarılmasıdır və beynəlxalq ictimaiyyətin bütün üzvləri təcavüzkar dövlətdən öz işğalçı siyasətindən əl çəkməsini, BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl edərək işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini tələb etməlidir.

Daha sonra ünvanlanan suallara cavab olaraq, səfir Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa və Şərq sivilizasiyalarının kəsişməsində yerləşməsi və hər iki bölgənin dəyərlərini özündə birşlədirməsi, mədəni müxtəlifliklə zəngin və fərqli etiqadlardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olması haqda məlumat verib.

Azərbaycanın tarixdə müsəlman Şərqində ilk demokrtatik respublikanın əsasını qoymaqla tarixdə iz buraxdığını qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, milli, dini və irqi bərabərlik, söz və toplaşmaq azadlığı, qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi normaları qəbul etməsi haqda danışıb. Müstəqillik ideyasının AXC-nin süqutundan sonra da Azərbaycan xalqının yaddaşından silinmədiyini, bu sayədə 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu qeyd edib.

Müstəqilliyin ilk illərində Azərbaycanın ölkədaxili siyasi gərginlik, dərin iqtisadi böhran və Ermənistanın hərbi təcüvüzü kimi problemlərlə qarşılaşdığını deyən diplomat, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası sayəsində ölkəmizin sürətli sosial-iqtisadi yüksəliş yaşadığını bildirib, bu xüsusda 2000-ci ildən etibarən ölkə iqtisadiyyatında 4 dəfəyə qədər artım qeydə alındığı, strateji valyuta ehtiyatlarının ÜDM-nin 90 faizi keçdiyini, işsizlik və yoxsulluğun 5 faizə qədər endiyini və ölkəyə 200 milyard dollara qədər birbaşa xarici sərmayə yatırıldığını qeyd edib. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Baku-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi - TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və infrastruktur layihələri, habelə ölkə iqtisadiyyatının şəxələndirilməsi və qeyri-neft sektorunun inkişafı haqda məlumat verib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin inkişafına toxunan təmsilçimiz, xüsusilə ilə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, habelə kənd təsərrüfatı, energetika, turizm və sərmayə yatırımı sahələrində də əlaqələrin inkişafı üçün ciddi potensial olduğunu bildirib.
29 Noyabr 2024 Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29 Noyabr 2024 Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29 Noyabr 2024 Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29 Noyabr 2024 Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29 Noyabr 2024 Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...
29 Noyabr 2024 İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar
29 Noyabr 2024 Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
29 Noyabr 2024 Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub
29 Noyabr 2024 Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!
28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI

Xəbər lenti