|
“Ölkə.Az” xəbər verir ki, nəşr “Parisli iblis” adı altında Fransa prezidentini şeytan obrazında yaradıb. Karikatura qəzetin birinci səhifəsində yer alıb.
“Vatan-e-Emrooz” bunu Fransa prezidentinin Məhəmməd peyğəmbərin karikaturasının yayılmasını dəstəkləməsi ilə bağlı açıqlamasına cavab olduğunu bildirib.
Xatırladaq ki, E.Makronun Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına icazə verməsi bir sıra müsəlman ölkələrinin Fransa məhsullarını boykot etməsinə gətirib çıxarıb.