|
Ağır xəstəlikdən sonra dünyasını dəyişən Con Makkeyni ABŞ Senatında dul arvadı Sindi Makkeyn əvəz edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.
Məlumata görə, senatorun ölümündən sonra onun Senatdakı yerini Arizona ştatının qubernatoru Daq Düsinin seçdiyi bir nəfər tutmalıdır, çünki Con Makkeynin namizədliyi məhz Arizonadan irəli sürülüb. Hazırda qubernator sözügedən posta bir neçə namizəd ətrafında düşünür ki, onlardan biri də mərhum senatorun həyat yoldaşıdır.
Düsinin siyahısına Sindi Makkeyndən əlavə Arizonanın eks-senatoru Con Kayl və ştatın Nümayəndələr Palatasındakı iki keçmiş üzvü Con Şadeqq və Mett Salmonun adları daxildir.