|
Moskvada Aleksey Navalnının tərəfdarlarının təqaüd islahatlarına qarşı etiraz aksiyası keçirməyinə izn verilməyib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Moskvanın Regional Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov paylaşıb. Onun sözlərinə görə, Navalnının tərəfdarları aksiyanı 9 sentyabrda Tver küçəsində təşkil etmək üçün müraciət etsələr də, onların bu istəyi rədd edilib. Bundan başqa aksiya təşkilatçılarına şəhər rəhbərliyi tərəfindən alternativ məkan da təklif edilməyib.
Qeyd edək ki, Navalnı 9 sentyabrda bütün Rusiyada təqaüd islahatlarına qarşı etiraz aksiyası keçirməyi planlaşdırır. Artıq müxalif blogger aksiyalardan öncə həbs edilib və 30 sutka həbsə məhkum olunub.