|
Ermənistandakı Rusiya Sərhəd İdarəsinin əməkdaşları Ermənistan-Türkiyə sərhədində 2 sərhəd pozucusunu yaxalayıblar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, sərhəd xidmətinin əməkdaşları sərhədin Türkiyə tərəfində Araz çayını keçməyə çalışan 2 nəfəri müşahidə ediblər. Bir neçə saatdan sonra naməlum şəxslər çay boyu Ermənistan sərhədini keçərək Artaşat istiqamətində gizlənməyə çalışıblar. Keçirilən əməliyyat nəticəsində sərhədi pozan şəxslər müqavimət göstərməyə ça