|
Bunu Ermənistan prezidenti Armen Sarkisyan etiraf edib.
Prezident bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib:
Yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib. Pandemiya ilə bağlı ağır vəziyyət də davam edir. Müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir.
A.Sarkisyan hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırıb:.
"Bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Hər hansı qanun pozuntusu qəbuledilməzdir. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram".