Kolumbiyanın nüfuzlu “Caracol” televiziya kanalının “El mundo hoy” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, tərəflər arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda reportaj və səfir Məmməd Talıbovun məsələ ilə bağlı müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, müsahibədə Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və ümumilikdə razılaşmanın regionda davamlı sülhün bərqərar olmasına şərait yaradacağına ümidvar olduğunu bildirib.

Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulmuş və son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını deyən səfir, Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.

Erməni xalqının atəşkəs bəyanatından narazı olması və bunu öz hökumətinin satqınlığı hesab etməsi ilə bağlı suala münasibətdə səfir yaranmış durumun birbaşa Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin siyasi rəhbərliyinin öz xalqını illərlə aldatdığını və onları sülhə hazırlamaq əvəzinə bu torpaqların işğalının nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.

Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi haqda məlumat verilib, hərbi əməliyyatların gedişatı və hazırda ermənilərin işğal olunmuş ərazilərimiz tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.

29 Noyabr 2024 Rusiya kəşfiyyatı: Qərb Ukraynanı işğal etməyi planlaşdırır! 100 minlik ordu müdaxiləyə hazırdır
29 Noyabr 2024 Zelenskidən XALQA kritik SON DƏQİQƏ çağırışı: HAZIRLAŞIN, Putin BAŞLAYIR!
29 Noyabr 2024 Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib
29 Noyabr 2024 Suriya prezidenti Moskva səfərində: Əsəd Putinə hesabat verir, yoxsa birdəfəlik qaçıb?
29 Noyabr 2024 Putin: İrəvanın KTMT-ni Qarabağa görə ittihamı...
29 Noyabr 2024 İsveç və Polşa Rusiyaya qarşı müqavilə bağladılar
29 Noyabr 2024 Netanyahu orduya ƏMR ETDİ: "Genişmiqyaslı müharibəyə hazır olun"
29 Noyabr 2024 Bayden açıqladı: ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub
29 Noyabr 2024 Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!
28 Noyabr 2024 Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır
28 Noyabr 2024 İsrail Livanla bağlı qadağa xəritəsi yaydı- Atəşkəs və gərginlik...
28 Noyabr 2024 Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...
28 Noyabr 2024 Bu ölkə Netanyahunu həbs etməyəcək
28 Noyabr 2024 "İsrail və "Hizbullah" böyük oyuna qurban getdilər" - Ekspert
27 Noyabr 2024 Rusiyada Quranı yandıran şəxsə rekord cəza
27 Noyabr 2024 Baydenin Trampa qarşı 24 milyardlıq oyunu - Ukrayna üçün İLGİNC PLAN
27 Noyabr 2024 “G7” ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
27 Noyabr 2024 Makron hökumətin süqutunu gözləyir
26 Noyabr 2024 TƏCİLİ! Bu ölkələr Rusiyaya qarşı birləşdi: Hərbi qüvvələr hərəkətə keçir… - ŞOK
26 Noyabr 2024 Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: Məktəb QADAĞASI

Xəbər lenti