|
Çinin istehsal etdiyi ilk təyyarədaşıyan gəmi ikinci dəniz sınağına yollanıb.
Axar.az xəbər verir ki, bu barədə “Qlobal Tayms” yazıb.
Təyyarədaşıyan gəmi Dalyan limanından yola çıxıb. İkinci sınaq zamanı birinci sınaqda aşkar edilən problemlərin həllinə diqqət yönəldiləcək. Bundan əlavə, gəminin naviqasiya və energetika sistemləri yoxlanılacaq.
Sınaqların daha sonrakı mərhələrinə isə həm qırıcıların, həm də helikopterlərin cəlb olunması gözlənilir.
Qeyd edək ki, gəminin ilk sınağı bu ilin may ayında keçirilib.