|
Ermənistanda son sutka ərzində daha 1589 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
“Sputnik Ermənistan” xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 120 min 459 nəfərə çatıb. Onlardan 80 min 69-u sağalıb. Ölkədə 38 min 82 aktiv koronavirus xəstəsi var.
Son 24 saat ərzində daha 28 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 1 839-a çatıb.
Qeyd edək ki, Ermənistanda pandemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.