|
Ermənistan parlamentinin spikeri Ara Babloyan Ermənistan Nazirlər Kabinetinin binasına gəlib.
Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” Babloyanın burada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdüyünü yazıb. Hələlik görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Babloyan Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsidir. O, Serj Sərkisyanın hakimiyyəti dönəmində partiyanın əsas dayaqlarından biri olub.
Bundan öncə Babloyan Paşinyanı sərt şəkildə tənqid edərək, ondan deputatlara qarşı təzyiqləri dayandırmasını tələb edib. Paşinyan isə ona cavabında heç bir təzyiq göstərmədiyini və Babloyanın Ermənistanın yeni reallıqları ilə barışması gərəkdiyini deyib.