|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər, gündəmdə olan və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Liderlər söhbət əsnasında ikitərəfli iqtisadi və ticarət münasibətlərini, qarşılıqlı sərmayə qoyuluşlarını daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıblar. Türkiyənin Xəzinə və Maliyyə naziri Barat Albayrağın ingilis həmkarı ilə görüşməsinin də qərarlaşdırıldığı söhbət zamanı, başda İdlib olmaqla, Suriyadakı son yeniliklərə də toxunulub.