|
Avropa Birliyinin müdafiəsi ABŞ-a bağlı olmamalıdır.
Axar.az xəbər verir ki, bunu Fransanın səfirləri ilə görüşü zamanı Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, Avropanın təhlükəsizlik və müdafiəsi məsələləri Rusiyanın iştirakı ilə aparılmalıdır:
“Biz gərək özümüz məsuliyyət daşıyaq və Avropanın təhlükəsizliyi və suverenliyini zəmanət altına alaq. Hazırda Avropanın müdafiə və təhlükəsizlik arxitekturası yenidən nəzərdən keçirilməlidir”.