|
Vaşinqton Rusiyaya sanksiya tətbiq etmək üçün Skripal olayından istifadə edir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Moskva bundan sonra da öz yolundan dönməyəcək:
“Təəssüf ki, ABŞ-ın siyasi elitası bir şey anlamır: Sanksiyalar Rusiyanı öz mənafeyini qorumaq yolundan döndərə bilməz. Vaşinqtonun bu addımları mədəni dialoqla uzlaşmır”.
Qeyd edək ki, Skripal olayına görə Rusiyaya tətbiq edilən sanksiyalar bu gündən qüvvəyə mindi.