Avqustun 25-də vəfat edən ABŞ senatoru Con Makkeynin amerikalılara yazdığı son məktub ictimaiyyətə təqdim edilib.

 

Axar.az xəbər verir ki, məktubu Makkeynin keçmiş müşaviri Rik Devis yayımlayıb.

Məktubun tam mətnini təqdim edirik:

“Mənim 60 il ərzində xidmət göstərdiyim həmvətənlərim, xüsusilə Arizonadan olan həmvətənlərim!

Sizə xidmət və dövlət xidmətində keçirdiyim həyat üçün verdiyiniz imtiyaza görə sağ olun. Ölkəmizə şərəflə xidmət etməyə çalışmışam. Səhvlər buraxmışam, amma ümid edirəm ki, mənim Amerikaya olan sevgim bunları üstələyir.

Mən tez-tez qeyd edirdim ki, dünyanın ən xoşbəxt insanıyam. Mən hətta indi – həyatımın sonuna hazırlaşanda da bunu hiss edirəm. Mən bütün həyatımı sevmişəm. 10 həyata bəs edəcək təcrübəm, macəralarım və dostlarım olub və buna görə minnətdaram. Əksər insanlar kimi mən də təəssüflənirəm. Lakin öz həyatımın hansısa yaxşı və pis anlarını digərinin ən yaxşı gününə dəyişmərəm.

Buna görə öz ailəmə olan sevgimə borcluyam. Heç kimin heç vaxt məndən çox fəxr edəcəyi sevimli həyat yoldaşı və övladları olmayıb. Və buna görə Amerikaya borcluyam. Amerikanın azadlığı, bərabərliyi və ədalətinə daxil olmaq, hər bir insanın ləyaqətinə hörmət etmək həyatın müvəqqəti zövqlərindən daha çox xoşbəxtlik gətirir. Bizim identikliyimiz və dəyərlərimiz məhdudlaşmır, əksinə onlar genişlənir. Ona görə ki, bunlar bizim özümüzdən daha çox xeyirli işlərə xidmət edirlər.

“Amerikalılar” - bu söz mənim üçün istənilən digər şeydən daha çox məna ifadə edir. Mən qürurlu amerikalı kimi yaşadım və öldüm. Biz dünyanın ən möhtəşəm respublikasının vətəndaşı, torpaq və qanın əvəzinə idealların yaratdığı millətik. Biz xeyir-dua almışıq və insanlığa da xeyir-dua verib, bu idealların vətənimizdə və dünyada təşviqini dəstəkləyirik. Tarixdə bizim qədər heç kim insanların tiranlıq və yoxsulluqdan xilasına yardım etməyib. Bunun sayəsində böyük zənginlik və güc əldə etmişik.

Biz vətənpərvərliyi dünyanın hər yerində təhqir, nifrət və şiddətə səbəb olan ibtidai rəqabətlə səhv salanda böyüklüyümüzü azaldırıq. Biz divarları dağıtmaq yerinə, onun arxasında gizlənib, öz ideallarımızın gücünə şübhə etdiyimiz və onların böyük dəyişikliklərə gətirib çıxaracaq güclü təkan olacağına inanmadığımız zaman zəifləyirik.

Biz - 325 milyonluq özündən razı, çox səsli fərdlər bəzən mübahisə və rəqabətə girişir, hətta bir-birimizi ictimai debatlarda təhqir edirik, amma bizim hər zaman ümumi maraqlarımızın sayı fikir ayrılıqlarımızdan çox olub. Əgər bunları xatırlasaq, bu çətin zamanları arxada qoymağı bacaracağıq. Biz bunlardan keçəcəyik və əvvəlkindən daha güclü olacağıq. Bunu hər zaman etmişik.

10 il əvvəl mənim prezident seçkisində məğlubiyyətimi etiraf etmək imtiyazım var idi. Sizinlə vidamı amerikalılara səmimi inamımla bitirmək istərdim, hansı ki, bu inamı mən həmin gecə hiss etdim. Mən bu inamı indiyə qədər hiss edirəm.

İndiki çətinliklərdən ümidsizliyə düşməyin, amma hər zaman Amerikanın perspektivi və böyüklüyünə inanın. Ona görə ki, bu, qaçılmazdır. Amerikalılar heç vaxt qaçmırlar. Biz heç vaxt təslim olmuruq. Biz heç vaxt tarixdən gizlənmirik. Biz tarixi yazırıq.

Əlvida, amerikalılar! Allah sizi qorusun və Allah Amerikanı qorusun”.

23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
22 Noyabr 2024 Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
22 Noyabr 2024 Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı: “Dərhal çıxın”
22 Noyabr 2024 Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Xəbər lenti