|
Livan Prezidenti Mişel Avn beynəlxalq ictimaiyyətdən kömək istəyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə başçısı Fransa və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi altında keçirilən “Beyrut və Livan xalqına dəstək” beynəlxalq konfransında bildirib.
“Livan hazırda Dünya Bankı ilə 246 milyon dollarlıq bir kredit müzakirəsi aparır və danışıqlar bu həftəsonu başa çatacaq”,- deyə Avn bildirib.
O, prioritetlərinin bütün siyasi qüvvələrə tətbiq oluna biləcək ortaq meyarlara əsaslanan bir hökumət qurmaq olduğunu ifadə edib.
Qeyd edək ki, 4 avqustda paytaxt Beyrutdakı limanda güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 191 nəfər həlak olmuş, 6 mindən çox insanın yaralanmışdı. Mişel Avn partlayışa 6 ildir limandakı anbarda saxlanılan 2750 ton ammonium nitratın səbəb olduğunu açıqlamışdı.