|
Ermənistan müxalifəti və ziyalıları dekabrın 5-də saat 15:00-da Yerevandakı “Azadlıq” meydanında ümumxalq mitinqi keçirəcək.
Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb.
"Mitinqin gedişatında baş nazir vəzifəsinə vahid namizəd Vazgen Manukyan (Manukyanın namizədliyi-red) təqdim ediləcək. Bundan başqa, NP-nin (Nikol Paşinyan – red) torpaqlarla bağlı xəyanət faktları açıqlanacaq", - o sosial şəbəkədəki hesabında yazıb.
Daha əvvəl bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.