Hindistan-İran-Ermənistan dəhlizi İrəvan üçün effektli olmayacaq - FAKT BUDUR!"Ermənistan blokadadan çıxmaq məqsədilə bir çox tranzit layihələr həyata keçirmək və yaxud işə düşəcək tranzit layihələrə qoşulmaq niyyətindədir. Ancaq Ermənistan nə qədər cəhd etsə də, ən əsas qonşuları - Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan qoşulduğu bütün layihələr gəlirli və sərfəli olmayacaq".

Bu barədə "Sherg.az"a millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Ermənistan çətin relyefə malikdir və bu ölkəni İranla birləşdirən avtomobil yolu tez-tez sıradan çıxır. Yeni yolun çəkilməsi üçün nə İranın, nə də Ermənistanın sərmayə qoymaq imkanı var:

"Bu baxımdan Ermənistan məhz Hindistandan İrana, oradan isə Ermənistana uzanan layihənin reallaşdırılması ilə müəyyən üstünlük əldə etməyə çalışır. Ancaq bu, birbaşa Ermənistan iqtisadiyyatına elə də böyük müsbət təsir göstərməyəcək. Ancaq Ermənistan Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaradarsa, daha çox gəlir əldə edər, fayda götürər. Zəngəzur dəhlizi vasitəsilə Rusiya ilə birbaşa əlaqə qurmaq imkanı qazanar. Hindistan-İran-Ermənistan dəhlizi isə İrəvan üçün effektli olmayacaq. Ermənistanın bu layihəyə qoşulmaqla blokadadan çıxmaq cəhdləri nəticəsiz qalacaq. Gec-tez Ermənistan məcburiyyət qarşısında qalaraq Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ermənistanın rifahı da bu layihənin reallaşmasından və həm Azərbaycan, həm də Türkiyə ilə əməkdaşlıqdan asılıdır".
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti