Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı ilin yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim.

 

Azərtac xəbər verir ki, bu sözlər Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib.

Deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşlarında əks olunan simalarına diqqətlə baxmasından danışıb. “Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar”, - deyə deputat xatırladıb.

D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: “Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm, Sovet İttifaqının o vaxtkı lideri belə cinayətkar əmri necə verə bilərdi? Bu, xalqa qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt dahi Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.

Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. “Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq. Nə qədər ki, biz sizinlə bunu xatırlayırıq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyə D.Savelyev bildirib.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti