|
Türkiyə və ABŞ arasında strateji əməkdaşlıq NATO üçün mühüm əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın NATO Avropa Müttəfiq Qüvvələrinin keçmiş ali komandanı Ceyms Stavridis deyib.
“İki ölkə münasibətləri strateji əməkdaşlıq yolundadır. Zamanla eyni xəttə gələcəyimizə inanıram”, - deyə Stavridis bildirib.
Keçmiş komandan onu da əlavə edib ki, iki ölkə arasında bəzi taktiki narahatlıqlar yaşanır.