"Bölgələrdən Bölgələrə "Yaradıcılıq Festivalının növbəti ünvanı Saatlı rayonu oldu. Bu gün baş tutan möhtəşəm tədbirdə Saatlı rayonu İcra başçısı Siraqəddin Cabbarov, Mədəniyyət Nazirliyinin nümayəndələri , Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov ,
İcra başçının birinci müavini İlham Quliyevvə rayonunun bütün məsul işçiləri , o cümlədən respublikamızın on altı regional mədəniyyət mərkəzlərindən nümayəndələr iştirak edirdilər.
Festival zəngin konsert proqramını regional idarələrin özfəaliyyət dərnəkləri, folklor kollektivləri , rəqs qrupları və musiqiçilərin ifaları daha da rəngarəng etdi. Sərgi hissəsi isə qədim və müasir incəsənət nümunələrini özündə birləşdirərək iştirakçıları heyran edib.