|
Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.
Report-un məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb.
Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.