|
Sosial şəbəkələrdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə dava baş verməsi ilə bağlı görüntülər yayılıb.
Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlər olduğunu iddia edirlər.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Axar.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu dedi:
“Həmin videonu görməmişəm. Yalnız görüntülərə baxandan sonra məsələ müzakirə oluna və araşdırma aparıla bilər”.
Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdən isə olayla bağlı danışmaq istəmədilər.