|
Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.