|
Bakıda qadın kassir marketə hücum edən maskalı şəxslə əlbəyaxa dava edib.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, oktyabrın 25-də saat 22 radələrində Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.
Məlum olub ki, saat 22 radələrində Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyn edilib. Faktla bağlı araşdırma aparılır.