|
Qusar rayonunun Qayakənd kəndində evdən yanmış kişi meyiti tapılıb.
“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, 1964-cü il təvəllüdlü Bəhram Mahmudovun yanmış meyiti Qayakənd kəndində yaşadığı evində aşkarlanıb.
Onun bir neçə gün əvvəl yanaraq öldüyü ehtimal edilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit tibbi ekspertizadan keçirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.