|
Ağdaşda fərdi təsərrüfata hücum edən canavarlar mal-qaranı tələf edib.
Report xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.
Canavarlar kənd sakini Əbülfət Əhmədovun həyətindəki tövləyə girərək 10 baş xırdabuynuzlu heyvanı parçalayıb. Yalnız ev sahibinin hay-küyü ilə yırtıcıları ərazidən uzaqlaşdırmaq mümkün olub.
Qeyd edək ki, bu, canavarların kəndə heç də ilk hücumu deyil.