Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir.

Ardını oxu...

Üçüncü Roma artıq süqut edib.

Ardını oxu...

Almaniya kansleri Angela Merkel Britaniya Baş naziri Tereza Meyin əlini sıxmaqdan imtina edərək, onu təhqir edib.

Ardını oxu...

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Ardını oxu...

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində altı ölkə lideri ilə görüşəcək.

Ardını oxu...

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Ardını oxu...

Qarabağda müharibə başlaya bilərmi?

“Ermənistanın Baş naziri Nikol Paşinyan hərəkətləri və verdiyi bəyanatları ilə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları Dağlıq Qarabağda müharibənin başlanacağına bir işarədir”.

Bu barədə  açıqlamasında tanınmış politoloq Fikrət Sadıxov Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış ən son vəziyyəti şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yeni rəhbərliyi təxribatlar və siyasi xuliqanlıqla məşğul olur: "O, özünü demokrat kimi qələmə verməyə çalışır. Amma Paşinyanın bütün bəyanatları, addımları ona işarə edir ki, bu insanın, sadəcə olaraq, nə siyasi təcrübəsi var, nə də daxili və xarici siyasətdən başı çıxır. Üstəgəl, onun özünü təxribatçı kimi aparması... Bəzən elə təəssürat yaranır ki, onun psixi durumu yoxlanılmalıdır, çünki özünü normal, adekvat kimi aparmır. Məncə, bu insan mütləq tibbi müayinədən keçməli, həkimlər, mütəxəssislər onun psixi durumuna ciddi diqqət yetirməlidirlər. Ona görə ki, görünür, bu insan bəzi məqamları, sadəcə, dərk edə bilmir.

 

Azərbaycan Prezidenti İlham Əliyev də Biləsuvarda olarkən çox düzgün qeyd elədi ki, əgər Ermənistan 2016-cı ilin hadisələrindən heç bir nəticə çıxarmayıbsa, onda məsuliyyət tamamilə erməni tərəfinin boynuna düşür. Dövlət başçısı bu yaxınlarda qoşunların təmas xəttində Azərbaycan Ordusunun erməni tərəfinə verdiyi cavabları xatırladaraq xüsusi vurğuladı ki, onların yaddaşından hələ uzun müddət çıxmayacaq”. 

Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ məsələsində həm hücumedici diplomatik addımlar atmalı, həm də bir sıra hallarda ermənilərin qoşunların təmas xəttindəki açıq şəkildəki təxribatlarına güclü hərbi potensialımızdan istifadə edərək sarsıdıcı zərbələr endirməlidir: "Mənə belə gəlir ki, onlar bəlkə də bu cür dili daha yaxşı başa düşürlər, nəinki sivil formada olan danışığı.
Çünki hazırda Ermənistanın, Baş nazir Nikol Paşinyanın birmənalı şəkildə sülh danışıqlarından yayınması müşahidə olunur. Onun həyat yoldaşı Azərbaycan tərəfinə müraciət edir ki, qadınlar bu müharibəyə son qoysun. Paşinyanın özü isə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları müharibənin başlanacağına işarə edir".

F.Sadıxov hesab edir ki, Azərbaycan XİN çox düzgün olaraq bunu nəzərə alıb ATƏT-in Minsk qrupu həmsədrlərindən tələb edib ki, bu hərəkətlərə son qoyulsun: "Çünki Nikol Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada da təxribatlarla məşğul olur, gedib orada sarsaq, cəfəng bəyanatlar verir. Axı Azərbaycanın səbri tükənməz deyil. Təbii ki, bütün bunların qarşısı alınmalı və ona adekvat olaraq güclü cavab verilməlidir".

 

 

Rusiyalıların öz təyyarələrini itirmələrindən sonra verdikləri reaksiyanı anlamaq olar.

Ardını oxu...

Növbəti altı illik dövr sanksiyalar, ticarət müharibələri və proteksionizm ucbatından Rusiya iqtisadiyyatı üçün elə də asan keçməyəcək.

Ardını oxu...


Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında məqalələr yaradılıb.

Ardını oxu...

Xəbər lenti