Prezident Füzuliyə köçmüş sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu gün Füzuli Şəhəri Günüdür.

İlk dəfədir ki, Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.


Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.


1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.

Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.


Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. Burada hələ ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Bundan əlavə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Füzuliyə səfər ediblər.


Füzulidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidə - 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi ucaldılıb. 2022-ci ilin sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfəri zamanı həmin xatirə lövhəsini ziyarət ediblər.

Bu ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.


23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Füzuli rayonuna səfər edib. Dövlət başçısı səfər çərçivəsində rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, şəhərdəki idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlini qoyub.

Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmir və növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər:

Ermənistana gedən ermənilərin yenidən geri qaytarılması;

Bu məsələdə Rusiyanın öz, Qərbin öz maraqları var, lakin hər iki tərəf siyasi oyunu eyni alət üzərində qurur:

- Daha çox erməninin qayıtması Moskva üçün sülhməramlı kontingentinə ehtiyacın olması deməkdir;

- Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə “beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir;

Fransa “Ermənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa və bununla bağlı qətnamənin qəbul edilməsinə də hazırlaşır. İstisna deyil ki, qarşıdakı dövrdə ermənilərin qayıtması məsələsi üzərindən Azərbaycana qarşı kampaniyanı genişləndirməyə də çalışacaqlar. Lakin bu planların perspektivi görünmür.

Birincisi, işğal dövründə yaşadıqları ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını görən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəməyəcək;

İkincisi, çox az hissəsi geri qayıtmaq istəsə də Azərbaycan bayrağı altında Azərbaycan vətəndaşı olaraq yaşamalı olacaqlar və bu, erməni əhalisi üzərindən separatizm planlarının qarşısını qanun çərçivəsində almaq imkanı verir;

Əslində Əliyev Xankəndidə bayraq qaldırmaqla yeni oyun qurmaq istəyən tərəfləri də qabaqlamış oldu.

Xocalıda anbardan kisələrdə erməni unu tapılıb.

Bunu sübut edən görüntünü “Bez Tormozov” teleqram kanalı əldə edib.

Beləliklə, separatçıların acından necə “öldüyü” ortaya çıxmış olub.

Erməni bloger Edvin Martirosyan da öz növbəsində Qarabağ üzərindən qurulan erməni fırıldaqlarını ifşa edib. O, “artsax” deyib hayları aldadan iş adamlarından tutmuş kriminallara qədər bütün belə soydaşlarının yalanları izləyiciləri ilə bölüşüb.

Bu barədə Ölkə.Az-da məqalə dərc olunub.

Eyni zamanda, sosial mediada ermənilərin hərbi formalarını yandırdıqlarını əks etdirən görüntülər ortaya çıxıb.

 

 

Putin deyir ki, Qarabağ məsələsi bitib, amma... - GƏLİŞMƏ

Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qarabağla bağlı maraqlı açıqlamalar səsləndirib. Putin qeyd edib ki, artıq Qarabağ məsələsi bitib, bütün dünya, eləcə də Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Putinin məlum açıqlaması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə davam etdirməsinin, möhkəmlənməsinin göstəricisi sayıla bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bütün bu açıqlamaların kökündə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin dayandığını bildirib:

“Putinin “Qarabağ məsələsi bitdi, Qarabağ Azərbaycan torpağıdır” ifadəsini işlətməsi, heç şübhəsiz 44 günlük müharibənin yaratdığı reallıqların nəticəsidir. Sentyabr ayının 20-də keçirilən anti-terror tədbirləri isə, Qarabağ ərazisində erməni separatizminə nöqtə qoydu. Əgər, 44+1 müharibəsi olmasaydı, nəinki Putin, uzun illər münaqişənin həlli ilə məşğul olan heç bir dövlət başçısı “Qarabağ Azərbaycandır” bəyanatını səsləndirməzdi.

Son zamanlar, bəzi Qərb dairələrinin ölkəmizin qələbəsini həzm edə bilmədiklərinin və kütləvi təzyiqlərinin müşahidə edirik. Həmin qüvvələr bölgədə sülhün yaranmasında qətiyyən maraqlı görünmürlər və ermənilərdən öz maraqları üçün istifadə edirlər. Paşinyanın Bişkekdə keçirilən MDB Dövlət Başçılarının iclasında iştirak etməməsi də, növbəti səhvdir və xaricdən aldığı təlimatlarla əlaqəlidir.

Ermənistan başa düşməlidir ki, kimin forpostu olursan ol, fərq etməz, kimsə sənin əvəzinə, sənin problemlərini həll etməyəcək. Qonşularınla normal münasibət qurmadan təhlükəsiz yaşayışını təmin edə bilməzsən.

Zaman Azərbaycanın xeyrinə işləyir. Yeganə çıxış yolu, Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərin icrasıdır. Ermənilər, Azərbaycan Prezidentinin apardığı siyasəti, özləri üçün nümunə götürməli, bəhrələnməlidirlər. Əks halda, dövlətçilikləri təhlükə altında qala bilər”.

Prezidenti Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Füzuli şəhərində idman kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində idman kompleksinin təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qarabağ müharibəsindəki acı məğlubiyyət ermənilərin daxilində kəskin formada qarşılıqlı ittihamlara səbəb olub. Ermənilər bu acı məğlubiyyətə görə, istər diaspor təşkilatları, istər siyasi qüvvələr, ictimai təşkilatlar, fondlar, media və sair hamı bir-birini qarşılıqlı formada günahlandırır.

Bu məğlubiyyətdə Qarabağ adına yüz milyonlarla vəsait toplayıb onu mənimsəyən “Daşnaksütun” partiyasını, erməni diaspor təşkilatlarını, fondalarını ittiham edən yazı ilə Avropada fəaliyyət göstərən bloger Edvin Martirosyan yazıb.

“Qarabağ adına toplanan yüz milyonlarla vəsait hara yoxa çıxdı” yazısında bloger “Daşnaksütun”u və diasporanı ittiham edib.

Martirosyan yazır ki, 30 ildən artıq müddətdə sadə insanlar Qarabağ adı ilə talan edildi və bu da son acı aqibət.

“Toplanan pullar deyilən məqsədlərə yox, məhz pul toplayan şəxslərin öz şəxsi rahat və təm-təraqlı həyat tərzinin təmin edilməsinə xərcləndi. Onların hədəfi heç də Qarabağ deyildi. Axmaq bir insana da aydın idi ki, bu heç də həmin insanların Qarabağa olan sevgisindən, vətənpərvərliyindən irəli gəlmir. Bu insanlar Qarabağdakı yaşlı, uşaq, xəstə, əsgər adı altında toplanan milyonlarla vəsait ünvanına deyil, şəxsi maraqlarına xərclənirdi. Yalnız onun cüzu hissəsi sadə ermənilərə çatırdı. O da hamıya deyil. Çox az adama” – o qeyd edib.

Martirosyan əlavə edib ki, “Daşnaksütun” büdcəsinin 90 faizi məhz Qarabağ adı altında toplanan pullar hesabına formalaşıb.

“Bu pullar hesabına daşnaklar xarici ölkələrdə özlərinə rahat həyat şəriti qurdular. İndi Qarabağ itkisi daşnakların ən ağrılı yeri olacaq. Çünki onlar havayı milyonlardan olacaqlar.

Qarabağ adına pul yığıb onları talayanlardan biri erməni katalikosunun qardaşı Vladik Ezrasdır. O bütün Rusiyada yaşayan ermənilərədən Qarabağ və kilsə adına milyonlarla dollarla pul toplayıb və onları mənimsəyiblər.

Vldaik Ezras təkcə 44 günlük müharibə dövründə topladıqları yardımlar hesabına bütün kiləslərin zirzəmilərini doldurdular və həmin yardım Qarabağdakı ermənilərə çatdırılmadı. Erməni katalikosları 30 ildən artıq müddətdə Qarabağ hesabına yüz milyonlarla vəsaiti mənimsədilər.

Rusiyada 50 mindən artıq Qarabağ ermənisi yaşasa da, onlardan heç biri Qarabağ uğrunda savaşa qatılmadı. Əkisnə, müxtəlif adlar altında pullar toplayıb onu mənimsədilər. Rusiyanın Vladimir vilayətində təkcə 500-dək Qarabağ erməni ailəsi yaşayır. Onlar da Qarabağ adına pul topladılar və nəticədə Vladimir vilayətində özlərinə saraylar, villalar tikib. Şəxsi bizneslərini inkişaf etdirdilər. Bunu Rusiyanın bütün bölgələrində yaşayan erməni təşkilatlarına aid etmək olar. Bunları sadalaqdıca bitmir ki, bitmir. Amma bunlar arasında ən biabırçı vəziyyət Ermənistanın Rusiyadakı səfirliyinin tərkibində fəaliyyət göstərən Qarabağ nümayəndəliyi və onun rəhbəri Albert Andrianın fəaliyyəti ilə bağlıdır. Bu dələduzluq “kontor”u olan qurum Rusiyada yaşayan və restoranı olan Qarabağ ermənilərini konkret məbləğdə aylıq ödənişlərə məcbur edib. Dələduzluqla məşğul olan bu “kontor” topladığı milyonlarla dollar vəsaiti Qarabağa göndərməyib və heç kim də onların bu fəaliyyətindən hesab sormayıb. Bu “afyor şayka” Qarabağ üçün heç nə etməyib. Fırıldaqla milyonlar toplayıb və onları öz ətrafı ilə birgə həzmi-rabedən keçiriblər.

Milyonların mənimsənilməsində erməni mənşəli kriminal avtoritetlər də geri də qalmayıb. Onlar da yüz milyonları mənimsəyiblər.

Ermənilərin pullarını öz məqsədləri üçün xərcləyən digər təşkilat isə Ümümerməni Rusiya İttifaqının rəhbəri Ara Abramyandır. Bu insan təkcə 44 günlük müharibə dövründə 100 milyonlarla dolları toplayıb və sonra Rusiyadan ABŞ-yə qaçıb”, - Martirosyan qeyd edib.

O eyni zamanda yazıb ki, Ermənistanın xaricdəki səfirləri də fürsətdən yaxşıca faydalanıb milyonlar qazanıblar.

“Təkcə Ermənistanın Rusiyadakı səfirliyinin çağırışı ilə 44 günlük müharibə dövründə Vartan Toqoyana məxsusu “Forabank”ın hesabına yüz milyonlarla dollar vəsait toplanıb. Lakin toplanan bu pulların da son aqibəti bəlli deyil.

Qarabağ adına pul yeyən təşkilatlardan biri də Ermənistan Fondudur”, - o bildirib.

Martirosyan onu da qeyd edib ki, “Qarabağ klanı” da dünya ermənilərindən digərlərindən heç də az pul mənimsəməyib: “Köçəryan, Sarqsyan, Qukasyan, Saakayan və Arayik Harutyunyan kimi şeytan, xəyanətkar, satqınlar da dünya erməniləri hesabına əldə edilən milyonları oğurlayıblar. Bu alçaq məxluqlar Qarabağ adına toplalan milyardlarla pullardan ancaq çox cüzisini xərcləyib. Qalanını isə öz şəxsi mənfəətləri üçün xərcləyiblər”.

Dövlət başçısı Füzulinin Qoçəhmədli kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Füzulinin Cuvarlı kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti