|
ABŞ Xəzərin hüquqi status ilə bağlı danışıqlara təsir etmək istəyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a müsahibəsində deyib:
“Qeyri-region oyunçuları tərəfindən danışıqlara təsir etmək cəhdləri bu danışıqların bütün 20 ili ərzində, o cümlədən son ana qədər mövcud olub”.
Bratçikov həmin siyahıya ABŞ-ın da daxil olduğunu vurğulayıb.
Xatırladaq ki, Xəzərin hüquqi statusu ilə konvensiya avqustun 12-də Aktauda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə imzalanıb.