|
Telejurnalist Bəxtiyar Səlimov İTV-dən ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə B.Səlimov özü məlumat verib.
“5 il 5 ay çalışdığım İctimai Televiziya və Radio Yayımları şirkətindən ayrıldım. Bu müddət ərzində müxtəlif zamanlarda mənə dəstək göstərən İsmayıl Ömərov, Çingiz Aslanov, Cəmil Quliyev, Şaiq Məmmədov, Cabbar Quliyev, Həsən Abdullayev, Balakişi Qasımov və televiziya peşəkarlarından olan Murad Hüseynova dərin təşəkkür və minnətdarlığımı bildirirəm. O ki qaldı doğma kollektivimizə, biz həmişə birlikdəyik!” – B.Səlimov qeyd edib.