|
Rusiya və Türkiyə liderlərinin İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında əldə etdikləri razılaşmanı alqışlayıram.
Axar.az xəbər verir ki, bu sözləri İsveç Baş naziri Stefan Löven deyib.
“İdlibdə humanitar fəlakət və genişmiqyaslı hərbi əməliyyat təhlükəsi deyəsən sovuşub. Bunlar Rusiya və Türkiyə arasında İdliblə bağlı əldə edilən razılıqdan sonra oldu”, - deyə baş nazir bildirib.