|
Almaniya kansleri Angela Merkel Britaniya Baş naziri Tereza Meyin əlini sıxmaqdan imtina edərək, onu təhqir edib.
Axar.az xəbər verir ki, insident Avropa Birliyi ölkələrinin Zalsburqda keçirilən qeyri-rəsmi görüşündə baş tutub.
Belə ki, Mey AB ölkələri başçıları ilə eyni sırada dayandığı bir vaxtda Merkel onlara yaxınlaşıb. Daha sonra liderlərlə görüşən Merkel ona diqqət yetirməyərək, Litva Prezidenti Dalya Qribauskayte ilə görüşüb.